Ustad Dr. Məhəmməd Səid bin Molla Ramazan Əl-Bûtİ (1929 M., 1347 H.)
FIKHU'S-SİYRE
Bu məsələ Allah rəsulunun (s.ə.s) yeni qurduğu islam dövlətinin qanuni dəyəri ətrafında qurduğu prinsiplərin ən əhəmiyyətlisidir. İbn Hişam, Peyğəmbərin (s.ə.s) Mədinəyə gəlişindən qısa bir müddət sonra, ərəblərdən Mədinə xalqının hamısının islamı qəbul edərək onun ətrafında toplandıqlarını, Evs qəbiləsindən bir neçə nəfərdən başqa, ənsarın evlərindən hamısının müsəlman olduğunu rəvayət edir. Bundan sonra Məhəmməd peyğəmbər (s.ə.s) Ənsar ilə Mühacirlər arasında bir sənəd yazdırdı. O sənəddə yəhudilərlə sülh və müahidə etdi. Yəhudilərə mal və din azadlığı tanıdı. Onlara bəzi şərtlər gətirdiyi kimi, onların da bəzi şərtlərini qəbul etdi. İbn İshaq bu sənədi sənədsiz olaraq rəvayət etmişdir.
Davamı...
Allaha həmd olsun ki, bizə mərhəmət edərək, günahlarımızdan təmizlənmək üçün Ramazan ayı kimi fürsət yaradıb. Həqiqətən, bu ay aylar arasında çox böyük və əhəmiyyətli yer tutur. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183).
Davamı...
Üzümüzə müqəddəs Ramazan ayı gəlir. Bizim kimi bütün islam dünyası da Ramazan ayının gəlişindən xəbərdardır. Kimlərsə onu səbirsizliklə gözləyir, kimlərinsə də heç gəlib-yetişənə qədər Ramazandan xəbəri olmur.
Ramazan ayı Allahın əsl qulları üçün bir fürsətdir. Bu, Allaha yaxınlaşmaq və ibadətlərin qarşılığında daha yüksək savab əldə etmək fürsətidir. Ona görə də bu ayda Allahın rəhməti, məğfirəti, lütfü və bərəkəti itaətkar qullarının üzərində olur və Allah Ona yaxınlaşdıran yolları qullarına daha da asanlaşdırır. Məhz Ramazan ayında Allahın əmrilə ən pis və lənətlənmiş şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır.
Davamı...

«500-dən çox insanın toplaşdığı zaman məscidə əl bombası atılırsa, bunun tək hədəfi Qamət Süleyman ola bilməz»
- Burada hədəf İslam təbliği və sabitliyin pozulmasıdır və belə bir qanlı olayın iki-üç nəfərlik başıpozuq bir qrup tərəfindən planlaşdırılıb-həyata keçirilməsinə inanmıram. Bu terror əməliyyatında Azərbaycanın sabitliyini istəməyən xarici qüvvələrin əlinin olması ehtimalı daha yüksəkdir.
- Yaralı, üstüm-başım qan içində və təkbaşına üz tutduğum 5 saylı xəstəxanada bildirdilər ki, cərrah əməliyyatdadır və sizə yardım edə bilmərik.
Davamı...
Bismillərhir Rahmənir Rahim
Hörmətli müsəlman qardaş və bacılar
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!
Məscidimizdə baş verən son hadisə bizim üçün böyük bir imtahan olmuşdur. Bu hadisə zamanı iki qardaşımız şəhid olub, digər bir neçə nəfər isə müxtəlif xəsarət almışlar. O cümlədən mən də xəsarət almışam. Hal-hazırda əlhəmdulillah vəziyyətim yaxşıdır.
Davamı...
Zaqataladakı əhli sünnə terrora “Yox” deyir
Əssələmu əleykə və rəhmətullahi və bərəkatuh, əziz müsəlman qardaş və bacılar!
Hamınızı salamlayıram, 17 avqustda “Əbu Bəkr” məscidində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Onların yeri Cənnətdir. Şəhidlərimizə Allah Təala Cənnəti bəxş edir. Özüm jurnalist deyiləm, odur ki, hər hansı üslub xətalarına yol verə bilərəm. Buna görə də əvvəlcədən hamınızdan üzr diləyir və haqqınızı halal etməyinizi sizlərdən rica edirəm.
Davamı...
Əgər bir gün Peyğəmbər Əfəndimiz (s.ə.v) ziyarətinizə gəlsə yalnız bir neçə günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır?...
Bilirəm belə şərəfli bir qonağa açacağınız ən gözəl otağınızı ONA açacaqsınız, bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....
Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA xidmət etməkdən ləzzət və həzz alacaqsınız…
Davamı...
2005 - ci ildə İranın prezident aparatı iclas keçirəndə Əhmədinijadın birinci müavini Pərviz Davudi belə bir təklif vermişdi ki, necə ki, nazirlərlə Əhmədnijadın arasında müqavilə yazılıb, onlarla İmam Zamanın arasında da müqavilə yazılmalıdı. Fərz edin, evdən çıxıb yolla gedəndə ayağınızın baş barmağı daşa dəyir. Gecələr bayquşun ulamasın eşidirsiniz və ya dəfələrlə müəyyən yuxunu görürsünüz. Bu hadisələr dünyanın inkişaf tapmış ölkələrində yaşayan insanlara adi və gündəlik hadisələr hesab olunur. Amma Afrikada və hətta, Asiyada yerləşən bəzi ölkələrdə bu hadisələr qeyb aləmindən və ya başqa sözlə tanınmamış güclər tərəfindən göndərilən əlamətlər sayılır. O kəs ki, bu əlamətləri görür bir pis və ya yaxşı hadisə ilə üzbəüz olacağına inanır. Bu da ondan asılıdır ki, bu əlamətləri necə izah edələr. Misal üçün, Azərbaycanda gecələr bayquşun naləsin eşitmək, onu göstərir ki, çox yaxın zamanda hansısa bir pis hadisə baş verəcək. Alimlərin nəzərinə görə, bu cür gündəlik hadisələr, misal üçün, ayağın daşa dəyməsi, müəyyən yuxunu təkrar görmək, gecələr bayquş naləsin eşitmək və s. qeyri - adi qüvvələrdən bir əlamət kimi görmə xürafat adlanır və bu xurafata inananlar xurafatçı sayılırlar.
"Xurafat" -- batil rəyə deyilir və heç bir elmi əsası yoxdur.
Davamı...
Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur. Davamı...
Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (s.ə.s) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (s.ə.s): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur.
Davamı...
Biz həmişə Peyğəmbərə salavat gətirəndə “Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd” deyirik. Yəni, “Allahım Məhəmmədə və Məhəmmədin ailəsinə salam olsun!” deyirik. Bu cür salamı, salavatı digər başqa bir kimsəyə oxumaq olarmı, bu doğrudurmu?
Cavab: Həmd Allaha məxsusdur. Alimlər Peyğəmbərdən (s.ə.s) başqa digər bir kimsəyə ayrıca olaraq salavat oxumaq haqqında iki qövl üzərində ixtilaf etmişlər. Birinci qövl (söz) bunun qadağan olunmasıdır. Bu qövl İmam Malik, İmam Şafiidən nəql edilmiş olub, Əbu əl-Bərəkatın tərcih etdiyi görüşdür. Davamı...