Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanını tərk edib, 2-ci qrup isə bu gün axşam vətənə dönəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev ANS TV-yə bildirib ki, zəvvarlar bir gecə Suriyada qalandan sonra yollarına davam edəcəklər. Həccə təyyarə ilə gedənlər isə gələn həftədən vətənə qayıtamağa başlayacaqlar.
Davamı...
Dünən zəvvarlar Həcc ziyarətinin ən vacib dini ayinlərindən biri olan Mina vadisində şeytanı daşlama ayinini yerinə yetiriblər. Bu dini ayin Həcc ziyarətinin ən təhlükəli mərasimi hesab edilir. Səbəb isə onun icrası zamanı sıx izdihamın yaşanması və nəticədə yaşlı və zəif zəvvarların ayaq altında qalması və ya özlərin pis hiss edərək huşlarını itirmələridir. İki il əvvəl yaşanmış bu cür izdiham zamanı 360 zəvvar həlak olmuşdu. Bu il şeytanı daşlama əməliyyatı insidentsiz ötüşüb. Əməliyyatdan sonra müqəddəs torpaqda qurbankəsmə mərasimi həyata keçirilib.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Azəbaycan xalqını qurban bayramı münasibəti ilə təbrik edib: «Allah Təala bizə bu bayramı verdi ki, insanlar arasında qırğın düşməsin, fəlakətlər olmasın, insan ölümləri, müharibələr olmasın».
Sabah müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edəcək. Bu münasibətlə prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib.
Davamı...Salam aleykum. Əziz müsəlman bacı və qardaşlarım! Bütün səhifəmizin ziyarətçiləri! Hamınızın mübarək, xeyirli, Allah dərgahında hörmətli sayılan Qurban bayramınızı təbrik edirəm. Ailəlikcə neçə belə xoş günlərə və bayramlara qovuşmanızı uca Allahdan istəyirəm. QURABAN BAYRAMINIZ MÜBARƏK!
Bu gün Həcc ziyarətində olan zəvvarlar sübh çağından başlayaraq Ərəfat dağına çıxıblar. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev ANS TV-yə bildirib ki, Həcc ziyarətində olan azərbaycanlıların hamısının səhhəti normaldır. Qeyd edək ki, Həcc ziyarəti çərçivəsində ən vacib mərasimlərdən biri də Ərəfat dağına çıxmaqdır. Bu dini mərasimdə azərbaycanlı zəvvarlar da daxil olmaqla, 2 milyondan çox adam iştirak edir.
Davamı...
Bu gün Həcc ziyarətinin sonuncu günüdür. Zəvvarlar bu gün Ərəfat dağına gedəcək və burda şeytana daş atacaqlar. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il ziyarətə gələnlərdən 254 nəfəri dünyasını dəyişib. Ölənlərin əksəriyyəti yaşlı və xəstə insanlar olub. Amma onların arasında Azərbaycandan vətəndaşı yoxdur.
Qurban kəsmək İslam dininin gözəl əməllərindən, Allah-Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s) əməllərindəndir. Allah-Təala Qurani- Kərimin Əl-Kövsər surəsində buyurur: «Rəbbinə namaz qıl və qurban kəs». Belə rəvayət edilir ki, “Rəsulullah (s)
iki kök qoçu qurban kəsib...
Əbdülqadir Sezgin: “Qurban bayramı mənəviyyatla bağlı bayram olduğu üçün satıcıların daha əxlaqlı və mərhəmətli hərəkət etməsi lazımdır”
“İslam dinini Qurani-Kərimdən öyrənmək lazımdır”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna bu ölkənin Azərbaycanda sabiq dini işlər attaşesi Əbdülqadir Sezgin verib.
Davamı...
Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur. Bunlardan biri də Allah üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinməkdədir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir. Şəriətdə isə İslam icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən hər hansı bir ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurur: “Ey Ka`b, oruc qalxandır, namazda yaxınlaşmadır (əs-salatu qurban).” (Buxari). Amma, ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox Qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarət edilmişdir.
Möhtərəm möminlər, 2007-ci il dekabr ayının 10-dan mübarək zilhiccə ayı girməkdədir. AlIah-təala bu ayın ilk on gününə işarət olaraq Qurani-Kərimdə buyurmaqdadır: "And olsun on gecəyə". Rəsulullah (s) də bir hədisində buyurmaqdadır: "Elə bir gün yoxdur ki, saleh əməllər Allaha Ziihiccənin ilk on günündəki kimi daha sevimli olsun." Səhabəİər sual verdi: "Ey Allahın Rəsulu, hətta Allah yolunda cihaddan belə?" Rəsululah buyurdu: "Hətta Allah yolunda cihaddan da beiə. Ta, o şəxs istisnadır ki, Allah yolunda malı və canı ilə cihada çıxar və bu ikisindən heç biri İlə qayıtmaz." (Buxari, Müslim).
Çox təəssüflər olsun ki, ictimaiyyətimiz mənəviyyatımıza yad, Allaha üsyan və fəsadla dolu olan yad qövmlərin bayramlarmı qeyd etsə də, Allahın bizə bəxş etdiyi bu mübarək günlər barəsində kifayət qədər məlumatı yoxdur. Bu boşluğu doldurmaq üçün bu məqaləni nəzərlərinizə çatdırırıq.Böyüklük və izzət sahibi Allaha həmd olsun. Peyğəmbərlərin sonuncusu Muhəmmədə, onun ailəsinə və əshabına səlat və salam olsun.Həqiqətən İnsan öz yaradılışı etlbarı ilə günahlara meyllidir. Allahın seçkin rəsulları müstəsna, bütün insanlar günah işləməkdən sığortalanmış deyillər. Buna görə qullarına Rəhman və Rəhim olan Allah möminlərin təmizlənməsi, tövbə etməsi üçün əməllərin daha da məqbul olduğu müəyyən zamanlar ayırmışdır. Nəzər yetirsək görərik ki, bu mübarək zamanlar mövsüm xarakterlidir. Yəni, bir-birlərini ardıcıllıqla izləməkdədirlər. Belə ki, tam bir məğfirət ayı olan Ramazan ayı bitən kimi Şəvvalın mübarək 6 günü gəlməkdədir. Bundan sonrakı Zilqədə ayından sonra Zilhiccə ayının mübarək on günü gəlməkdədir. Bütün bunların hamısı Allahın öz qullarına hədiyyəsidir. Günahlara tövbə edərək qulun Allahın qoyduğu hidayət cizgisi üzərində qədəmlərinin sabitləşməsi üçün ilahi bir fürsətdir. Dediyimiz kimi elə fürsətlərdən biri də yaxınlarda qarşılayacağımız Zilhiccənin ilk on günüdür. Ancaq digər mübarək günlərdən fərqli olaraq bu günlərə Azərbaycanımızda bir o qədər diqqət edilməməkdədir. Beləliklə böyük bir rəhmət xəzinəsi unudulmaqda, möminlər onlara verilən ilahi imkandan xəbərsiz bu mübarək zamanın üzərindən keçməkdədirlər. Bu məqalə ilə, məqsədimiz mənəviyyatımıza yad, Allaha üsyan və fəsadla keçirilən günləri bayram edən cəmiyyətimizə əsl bayramı göstərmək mömin qardaşlarımıza bu bərəkətli on günü xatırlatmaqdır. Necə ki, Allah Rəsulunun hədislərində unudulmuş sünnətin ihyasına təşviq edilməkdə, bunun savabının böyüklüyü xatırladılmaqdadır.
|
|
| Islam, Haqq Din |
| Bu qrupa daxil ol! |

|
|
| Подпишитесь на Islam, Haqq Din |
| Перейти в эту группу |