Allaha həqiqətən də qul olmaq istəyən Ona yaxşı inanar. Hər bir işini Ona təslim edər. O qul, bilər ki, ruzi cəhətdən Allah kifayətdir. Kəfildir. O ruziləndirir. Yenə həmin qul qənaət gətirmişdir ki, özünə gəlib çatan yaxşı bir iş, ilahi iradədən və əmrdən xəbərsiz deyildir. Həyatda olan hər bir müvəqqəti hal isə ilahi qədərin təyinidir. Xüsusilə bu ilahi vədə qopmaz bağlılığı vardır: “Bir kimsə Allahın əmrlərinə bağlı olar və ondan qorxarsa ona çətin yollar asanlaşar. Bilmədiyi yerdən ruzi qapıları açılar. Özünə tam təvəkkül edənə Allah yetər”. İman sahibi daima bu cür ayələri oxuyar və mənasına görə ruhu rahatlıq tapar. Yəni, mənasını bilib ruhuna rahatlıq gələr. Qəlbi fərahlanar. Bolluq dövründə bunu belə bilər. Vaxt gələr, bir hikmətə uyğun olaraq imtahan vaxtı gələr və dərhal sızlanmağa başlar, ağlar, fəryad edərsə bu halı onun tam bir iman sahibi olmadığını göstərər. O kimsə bilməz ki, ilahi qədər ağlamaqla, sızlamaqla keyfiyyətini dəyişməz. O zavallının bu acıqlı halı Peyğəmbərimizin (s.ə.s): “Yoxsulluq vaxt gələr ki, küfrə yaxınlaşdırar” hədisinin mənasına girər. Davamı...
İMAN ETMƏYƏN VALİDEYN FİTNƏSİ


