
ƏBUBƏKR MƏSCİDİ
Əziz müsəlman bacı və qardaşlar!
Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun!
Bu gün həm bizim həm də digər müsəlman cəmiyyətlərdə özlərini din təəssübkeşləri, "alləmə" kimi təqdim edib insanları səhv fikirlərə, ümmət üçün xeyirsiz olan işlərə sürükləməyə çalışanlar vardır.
Lakin bizim hər birimiz ümmətə aid olan və olmayan məsələlərdə din xadimlərinə, mötəbər alimlərə müraciət etməliyik. Günün aktula məsələlərindən biri də cavanların İraqa döyüşlərə göndərilməsi və bu əməlin Allah yolunda cihad adlandırılmasıdır. Elə bu xüsusla biz sizə Mətəbər alimlərdən olan Şeyx Fovzanın, Məhəmməd ibn Səud adına İslam universitetində söylədiyi çıxışından iqtibas edib sizə təqdim edirik.
Davamı...
Yüzlərlə tələbə Danimarka səfirliyi qarşısına yığışaraq «Danimarkaya ölüm» və «Allah böyükdür» kimi şüarlar səsləndiriblər
Yüzlərlə tələbə Danimarkanın Tehrandakı səfirliyi qarşısına yığışaraq Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz edib.
Onlar «Danimarkaya ölüm» və «Allah böyükdür» kimi şüarlar səsləndirərək müsəlman ölkələrini Danimarka mallarını baykot etməyə çağırıblar.
Davamı...
Britaniya mətbuatının yazdığına görə, Bhutto ona qarşı terror aktı hazırladığı barədə xəbərdarlıq edilibmiş
Pakistanın keçmiş baş naziri Bənazir Bhutto Usamə Bin Ladenin 16 yaşlı oğlunun göstərişi ilə qətlə yetirilib. Bu barədə alman mətbuatında məlumat yayılıb. Britaniya mətbuatı da prezident Pərviz Müşərrəf və İslam dövlətlərindən birinin prezidentinin Bhuttonu xəbərdar edərək 4 döyüşçü kamikadze dəstəsinin ona qarşı terror aktı hazırladığı barədə məlumat yayıb.
Davamı...
Raket zərbələri nəticəsində 2 Həmas döyüşçüsü ölüb
İsrail aviasiyası Qəzzanın şimalına yenidən raket zərbələri endirib. Nəticədə 2 "Həmas" döyüşçüsü həlak olub, bir neçə nəfər yaralanıb. Şahidlərin verdiyi məlumata görə, ilk hava hücumunda bir "Həmas" üzvü həlak olub, daha biri yüngül yaralanıb. Gecə saatlarında endirilmiş 2-ci raket zərbəsi nəticəsində daha bir "Həmas" döyüşçüsü ölüb, 3 nəfər yaralanıb.
Davamı...
Məhərrəmlik ayı ilə ələqədar hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilib
Pakistan hökuməti müsəlmanların müqəddəs Məhərrəmlik ayında ölkədə vəziyyətin gərgiləşə biləcəyindən narahatdır. Pakistanın daxili işlər naziri ölkənin 35 regionu daha təhlükəli afmosferdə olduğunu deyib.
Davamı...
Bu məqalədə söhbət əqidələri gələcəkdə əldə etmək istədikləri hakimiyyətin ideologiyasına çevrilən dini hərəkatlar haqqında olacaq. Şüura, sosial əxlaqa ümumi təsir etmək xüsusiyyətinə və hakimiyyəti ələ alıb cəmiyyəti idarə etmək bacarığına malik olan adamların hazırlanması, əlbəttə, çox mürəkkəb məsələdir. Hakimiyyətə dair məsələnin belə qoyulması ən azı iki onillikdir ki, davam edir. Bu vaxt ərzində dini intellektualların zərif süzgəcindən ciddi qərarlar qəbul etmək və hakimiyyət əldə edib uzun müddət onu öz əlində saxlamaq üçün nəzərdə tutulmuş planlarını həyata keçirməyə hazır olan bir neçə yüz, hətta min gənc keçir. Cəmiyyətin bu, demək olar ki, formalaşdırılmış təbəqəsi üçün hakimiyyət əldə etmək – məqsəd deyil. Ən əsası – elə etmək lazımdır ki, hakimiyyət özü tədricən onlara sülh yolu ilə keçsin. Güman edilir ki, yüzlərlə yaxşı hazırlanmış dini intellektual, doğrudan da, bu hakimiyyəti əldə saxlaya biləcək. Türkdilli xalqlar və dövlətlər məkanında belə hərəkatlardan birini nurçular adlananlar – keçən əsr dünyasını dəyişən Səid Nursinin tərəfdarları təmsil edirlər. O öz hərəkatının əsasını qoyub və uzun müddət Türkiyə həbsxanalarında saxlanılıb.
Davamı...

Ehud Olmert: "Konfrans 7 illik fasilədən sonra Fələstin və İsrail arasında münaqişənin danışıqlar yolu ilə həllinə yenidən şərait yaradacaq"
İsrailin baş naziri Ehud Olmert Yaxın Şərq sülh konfransında iştirak etmək üçün bu gecə Amerika Birləşmiş Ştatlara gedib. Ölkəsini tərk etməzdən əvvəl jurnalistlərə verdiyi müsahibəsində Ehud Olmert bəyan edib ki, problemin həllini iki xalq üçün iki dövlət prinsipi üzrə tapmağa çalışacaqlar.
Davamı...
"Həmas" Fələstin prezidentinin Yaxın Şərq sülh konfrasında iştirakına qarşıdır
Fələstin prezidenti Mahmud Abbas Annopolis Yaxın Şərq sülh konfransında iştirak etmək məqsədilə ABŞ-a səfər edib. İsrail -Fələstin probleminin sülh və danışıqlar yolu ilə həlli imkanlarının müzakirə ediləcəyi bu konfransda hər iki münaqişə tərəfi iştirak edir və onlar Annopolis görüşləri barədə əvvəlki çıxışlarında nikbinlik nümayiş etdiriblər.
Davamı...