Qamət Süleyman: “Hakimiyyətə qarşı çıxmaq olmaz, problemlərin həllinə isə dua vasitəsi nail olmağa çalışırıq»
«Məscidin içindən kənarda namazı qadağan etmək çox absurd təklif olardı»
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanla çoxdan planlaşdırdığımız müsahibə ötən gün nəhayət ki baş tutdu. Qamət Süleymanla məscidin yaxınlığında yerləşən bir çayçıda oturub, cəmiyyəti maraqlandıran bir çox suallar ətrafında söhbət etmişik.
Davamı...
Baxış sayı: 13
Açar sözlər: bizimyol qəzeti qamət əbubəkr məscidi
Oktyabrın 13-də Nərimanov Rayon Məhkəməsində hakim Akif Allahverdiyevin sədrliyi ilə Əbu Bəkr məscidinin Nərimanov Rayon Polis İdarəsinə qarşı iddiasına baxılacaq. Məlumatı iddiaçı tərəfin hüquqlarını müdafiə edən Cavanşir Süleymanov verib.
Vəkilin sözlərinə görə, onlarda Milli Təhlükəsizlik Nazirliyinin arayışı var: «Orda yazılıb ki, məscidi MTN bağlamayıb və nazirlik onun açılmasına da etiraz etmir. Nərimanov Rayon Polis İdarəsi isə məscidin qapısı ağzında post qurub, heç kimi içəri buraxmır və izah da etmirlər ki, kimin göstərişi ilə məscidin fəaliyyətinə imkan vermirlər».
Davamı...
Baxış sayı: 15
Açar sözlər: mediaforum isti xəbərlər əbubəkr məscidi
Rusiya və Azərbaycanın axtardığı Dağıstan əmirinin ata evindən reportaj
Atası Abdurrahman Mollaçiyev: "Allah evinə bomba atana rəhm etmək olmaz"
Onun adını ilk dəfə Rusiya hüquq-mühafizə orqanlarının rəsmi açıqlamalarından eşitdik. Ötən il Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi Zaqatala sakini İlqar Mollaçiyevin Dağıstan İslam Cəbhəsinin komandanı elan edilməsi barədə rəsmi məlumat yaydı. İ.Mollaçiyevdən əvvəl isə Dağıstanın əmiri Rəbbani Xəlilov idi. R.Xəlilov və onun əslən Zaqataladan olan müavini Nəbi Nəbiyev keçən ilin fevral ayında Mahaçqala şəhərində ruslarla döyüşdə qətlə yetirildikdən sonra Dağıstan mücahidlərinə rəhbərlik etməyi İ.Mollaçiyev üzərinə götürüb.
Davamı...
Baxış sayı: 17
Açar sözlər: news xeber ilqar mollaçiyev atası

Kəbəni yox etmə planından sonra fotolar da ortaya çıxdı
QayNar: "Yeni Məkkə Layihəsi", Məkkəni yox etmə planına çevrilməkdədir. Və bu təhlükəni ötən günlərdə xəbər verən türk tarixçisi Murat Bardaqçı, olayla bağlı inanılmaz fotolar yayınladı.
QayNar.info-nun məlumatına görə, iki il sonra Kəbəyə gedən hacılar gözlərinə inana bilməyəcək. Müsəlmanların müqəddəs diyarı yaxın zamanlarda kosmik sahəni xatırladacaq.
Davamı...
Baxış sayı: 51
Açar sözlər: məkkə kəbə yeni ideya dağılma
““Əbu Bəkr” məscidinin partladılmasında iştirakçı olan “Meşə qardaşları” təşkilatının 25 üzvü həbs olunub”
Baş prokuror: "Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, dəstə üzvlərinin əksəriyyəti həbs olunub, onlar tərəfindən hər hansı hadisənin törədilməsi istisna olunur”
Davamı...
Baxış sayı: 44
Açar sözlər: terror son xəbər haber abubakr-mescidi
Yeni tədris binası ilə bağlı mübahisə yaranıb

“Təzə Pir” məsidinin həyətində Bakı İslam Universiteti üçün tikilən tədris binasının inşası başa çatıb. Universitet rəhbərliyi yeni tədris ilini təzə binada qarşılayacaqlarını bildirsə də, deyilənlər özünü doğrultmayıb.
Lent.az-a daxil olan məlumatlara görə, yeni tədris korpusunun tikintisi ilə əlaqədar ciddi narazılıqlar var. Bu səbəbdən də universitetin yeni binaya köçməsi ləngiyir. Əsas narazılıq isə tədris korpusunun tikintisinin maliyyələşdirilməsi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Qafqaz Müsəlmanları İdarəsi dövlət büdcəsi hesabına tikilmiş binanın ərsəyə gəlməsində öz rolunu şişirdir. Bu isə universitet rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. Açılış mərasiminin ləngiməsinə səbəb də tədbirin Qafqaz Müsəlmanları İdarəsi, yoxsa, universitetin özü tərəfindən keçirilməli olduğunun müəyyənləşməməsidir.
Davamı...
Baxış sayı: 28
Açar sözlər: baki islam universiteti haci sabir
Azərbaycan, Bakı şəhəri, "Elmlər Akademiyası" metrosunun qarşısından çıxıb Akademiyanın binasına gedirdim. Təxminən saat 15:00 radələri olardı. Bir qadının əlində kitablar parkın qarşısında oturan gənclərin yanına getdiyini gördüm. Mənim üçün maraqlı idi. Gənclərə yaxınlaşdım və oturmaq üçün icazə aldım. "Buyur!" dedilər və gənclərin yanında oturdum. Həmin əlində kitab olan qadın bizə yaxınlaşdı. Ən gözəl ədəb və ərkanla bizi salamladı və kitabları təqim etməyə başladı. Kitablar Brahma dininə mənsub Krişnalığa aid kitablar idi. Qadın Allahın adı ilə söhbətə başladı. Allah təalanın kitabından danışıb, Məhəmməd peyğəmbərdən və Hz Əlidən gözəl sitatlar gətirərək gəncləri öz batil dininə dəvət ediridi. Krişnalıq kitabında müxtəlif təzahürlərdə əks olunan insan şəkilləri var idi və o izah ediri ki, insan öləndən sonra yenidən bu dünyaya gəlir.
Davamı...
Baxış sayı: 107
Açar sözlər: krişna batil din aqil insan
Dövlət başçısı ailələrə xoşbəxtlik, süfrələrə xeyir-bərəkət və insanların oruclarının qəbul olunmasını arzulayıb
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Davamı...
Baxış sayı: 23
Açar sözlər: qardas ilahm prezident təbrik efir
Sual: Biz Qədr Gecəsini necə keçirməliyik? Məscidlərdə, evlərdə yığışaraq bayramsayağı qeyd etmək olarmı?
Cavab: Həmd Allaha məxsusdur!
Birincisi: Allah Rəsulu (səllallahu aleyhi və səlləm) adətən Ramazan ayının son günü heç vaxt olmadığı kimi çox və davamlı şəkildə ibadət edərdi. Aişə (Allah ondan razı olsun) rıvayət edir ki, Ramazan ayının son 10 günü daxil olduqda, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecələr yatmaz, bütün ailəni oyadar və paltarını möhkəm bağlayardı (Qeyd. Elmir Quliyev izah edir ki, bu ifadə ərəblərdə kişinin cinsi əlaqədə olmamasına işarədir)".
Buxari, Müslim
Beləliklə aydın olur ki, son 10 gündə müsəlman Ramazanın digər günlərindən daha çox ibadətə yer ayırmaq lazımdır.
|
Davamı...
Baxış sayı: 42
Açar sözlər: qədr gecəsi qadr qedr kadr
Azərbaycan Respublikasının konstitusiyasının 48-ci maddəsində bildirilir ki, I.Hər kəsin vicdan azadlığı vardır, II.Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə e`tiqad etmək, yaxud heç bir dinə e`tiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, III.Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.Azərbaycan tolerant ölkədir. Burada hər bir insanın bu və ya digər dinə qarşı mövqeyi normal qarşılanmalıdır. Əgər bir insan əli açıq və möhürlə namaz qılırsa kimsə ona tənə edə bilməz. Mən düşünürəm ki, heç tənə də etmirlər. Sadəcə kimsə ona nəsihət edə bilər. Amma həmin möhürlə namaz qılan şəxs hansısa müsəlmanların bir məscidinə gəlib namaz qılsa ona mane olmazlar.
Davamı...
Baxış sayı: 206
Açar sözlər: mescid namaz qanun hüquq haqq
Yazılar cəmi: 157
Sonrakı səhifə »