Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur. Davamı...
1. Ayaqyoluna daxil olmaq istədikdə bu duanı demək müstəhəbdir (yaxşıdır):
"Bismilləh, Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahın adı ilə. Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram). Buna dəlil, Əlinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Adəm övladı ayıb yerlərini cinlərdən qorumaq üçün ayaqyoluna girdikdə bismilləh (Allahın adı ilə) deməlidir"[1].
Digər dəlil isə Ənəsin (Allah ondan razı olsun) hədisidir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqyoluna daxil olduqda belə deyərdi: "Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram)[2].
Davamı...