"Təzəpir", "Göy Məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı, 20 Yanvar, Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Məscidlərdə bu münasibətlə qanvermə aksiyası keçiriləcək. Bu barədə ölkə axundlarının Göy Məsciddə keçirilən toplantısında qərar qəbul edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva axundların nəzərinə çatdırılıb. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilib.
Davamı...
Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!
Deyirlər vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı dayandırmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur.
Davamı...
Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları Kərbəla şəhidləri ilə birgə 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda şəhid olanların xatirəsini yad etməyə çağırıb
Yanvarın 10-da Məhərrəm ayı başlayır. Ayın 10-cu günü, yəni, yanvarın 19-da isə Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə münasibətilə fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir.
Davamı...