“Əbu Bəkr məscidində baş verənlər iki qrup arasında baş vermiş rəqabətin nəticəsidir” /H.A.Paşazadə/
Qafqaz müsəlmanları idarəsinin sədri bildirib ki, bu hadisə dini problem kimi ortaya çıxmamalıdır “Əbu Bəkr kimi tanınan məsciddə baş verənlər məscid daxilindəki iki qrup arasında yaranmış narazılığın nəticəsidir. Oradaki qrupların bir-birini qəbul etməməsi belə hadisənin baş verməsinə səbəb olub”.
Davamı...
Baxış sayı: 71
Açar sözlər: allahşükür paşazadənin şərhi anspress reliz
Məscidin imamı Qamət Süleymanov isə ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb
Musa Nağıyev adına xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində xəsarət alaraq bu xəstəxanada ölənlərdən birinin kimliyi bəlli olub. Bu , 1955-ci il təvəllüdlü Vaqif Abbasov və hələlik kimliyi dəqiqləşdirilməyən 20-22 yaşlarında gəncdir. Yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.
Davamı...
Baxış sayı: 96
Açar sözlər: anspress xəbər əbubəkr məscidi
Salam Aleykum, nəhayət ki, bu gün bütün məscidlə bağlı xəbərlər ictimaiyyət arasında yayılıb. Allah bizim camaatımıza kömək dursun. Amin!

Vüqar Salahov döş qəfəsinin sol yarısında daxilə nüfuz edən qəlpə yarası alıb, ağciyəri isə zədələnib
Dünən axşam Əbu-Bəkr məscidində baş verən partlayışda yaralananlardan biri əməliyyat olunub. M.Nağıyev adına xəstəxananın cərrahı Bəhman Mahmudovun ANS PRESSə verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Vüqar Salahovun üzərində cərrahiyyə əməliyyatı aparılıb və xəstənin vəziyyəti orta ağırdır, dinamikliyi müsbətdir. Cərrahın sözlərinə görə, V.Salahov döş qəfəsinin sol yarısında daxilə nüfuz edən qəlpə yarası alıb, həmçinin ağciyəri zədələnib.
Davamı...
Baxış sayı: 104
Açar sözlər: anspress xəbər abubakr məscidində
Yeni qalareyada 10 minə yaxın islami əsər nümayiş olunacaq
Dünyanın ən məhşur muzeylərindən biri olan “Luvr”da İslam dini qalareyası açılacaq. Hər il milyonlarla ziyarətçisi olan muzeydə VII – IX əsrlərə aid 10 minə yaxın İslami eksponat var. Bu eksponatlardan bəziləri 20 ildir muzeyin anbarındadır və yeni qalareyanın açılması ilə ziyarətçilərə nümayiş olunacaq. Luvrun rəsmiləri bu eksponatlardan bəzisinin yer darlığına görə anbarda saxlanıldığını deyib.
Davamı...
Baxış sayı: 134
Açar sözlər: anspress luvr muzeyi yeni xəbər
Yazılar cəmi: 4