Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb
Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Bu barədə ANS TV-yə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Məlumata görə, QMİ onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayevin sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobus, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 2-dən 5-nə, təyyarə ilə isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək. Ümumiyyətlə isə ziyarət müddəti 18 gündür.
Davamı...