Oppeano şəhərinin icra strukturları bu addımı təhlükəsizlik tədbirlərilə əlaqələndirir
İtaliyanın Oppeano şəhərinin meri, sağçı “Şimal Liqası” partiyasının deputatı Alessandro Montanoli sentyabrın 6-da yerli ticarət mərkəzində yerləşən məscidin bağlanması ilə bağlı sərəncam serib. Məscidi açan “El Falah” assosiasiyası isə merin qərarını məhkəməyə verib. Bu barədə news.ru məlumat yayıb. Oppeanonun meri dəfələrlə “El Falah” assosiasiyasının nümayəndələri ilə görüşüb, amma tərəflər məscidlə bağlı heç bir razılığa gələ bilməyiblər. Məsciddə 200-ə yaxın adam eyni zamanda ibadət edə bilərdi. Binanın sahibi Eliza Çikkone və İslam Assosiasiyasının prezidenti Braxin Bassur merin qərarı ilə yenidən kommersiya xidməti üçün lazım olan binadan aralanmalıdırlar. Ötən bazar günündən şəhər müsəlmanları Ramazan ayında birgə ibadət etmək üçün məscidsiz qalıblar.
Davamı...
Baxış sayı: 49
Açar sözlər: italiya mescid bağlı qadağa
Bu barədə kilsənin rəhbəri Yan Çapla bildirib
Bakı katolik kilsəsinin rəsmi açılış mərasiminin olacağı gözlənilir. Bu barədə Day.az-a müsahibəsində kilsənin rəhbəri Yan Çapla bildirib. Onun dediyinə görə, rəsmi açılış mərasiminin nə vaxt olacağı barədə hakimiyyət, yerli dini nümayəndələr və Vatikanla danışıqlar aparılır. “Biz istəyərdik ki, bu tədbirə Vatikandan Roma Papasından sonra ən yüksək rütbəli şəxs, dövlət katibi Tarçizio Bertone gəlsin.
Davamı...
Baxış sayı: 146
Açar sözlər: katolik kilse açılış bağlı qapı
Milli Məclisin komissiya sədri: “Hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”
“Mənim fikrimcə, hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev parlamentdə müzakirə edilən “Təhsil haqqında” qanunun layihəsindən 11.1.8-ci (Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir) maddənin çıxarılması barədə irəli sürülən təklifə münasibət bildirərkən deyib.
Davamı...
Baxış sayı: 296
Açar sözlər: hicab bağlı məsələ milli məclis
Yazılar cəmi: 3