Ali məktəblərdə hicaba izn verən konstitusiya dəyişikliyinə qarşı hazırlanan bildirişi Türkiyə anamüxalifətinin lideri Dəniz Baykalın akademik olan oğlu və qızı imzalamayıb. Radikal qəzetinin yaydığı məlumata görə, “Universitet məclisləri dərnəyi” tərəfindən hazırlanan və 72 akademikin imzaladığı “Keçmişin qalıqlarına izn verməyək” başlıqlı bildirişdə, “Köhnə fikirlilərin və liberalların hicab üçün ittifaq etməsi Türkiyə universitetlərinin utanc mənbəyidir” – deyilərək, hicabın fərdi hürriyyət mövzusu olmadığı iddia edilib.






