"Təzəpir", "Göy Məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı, 20 Yanvar, Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Məscidlərdə bu münasibətlə qanvermə aksiyası keçiriləcək. Bu barədə ölkə axundlarının Göy Məsciddə keçirilən toplantısında qərar qəbul edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva axundların nəzərinə çatdırılıb. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilib.
Davamı...
Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!
Deyirlər vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı dayandırmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur.
Davamı...
Papa 16-cı Benedikt İsa Məsihin doğum günü münasibətiylə pravoslav xristianlarını təbrik edib
Bu gün pravoslavlar Milad bayramını qeyd edirlər. Vatikanda Papa 16-cı Benedikt İsa Məsihin doğum günü münasibətiylə Pravoslav xristianlarını təbrik edib. Roma Papası müqəddəs Piter meydanı üzərindəki pəncərəsindən yağışın altında gözləyən yüzlərlə inanc sahibinə müraciətində insanları dünya sərvətlərinin ədalətli bölgüsünə çağırıb.
Davamı...
Prezident bildirib ki, bu ilki bayram xalqımızın milli-mənəvi həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək
Sabah müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edəcək. Bu münasibətlə prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib.
Davamı...
Salam aleykum. Əziz müsəlman bacı və qardaşlarım! Bütün səhifəmizin ziyarətçiləri! Hamınızın mübarək, xeyirli, Allah dərgahında hörmətli sayılan Qurban bayramınızı təbrik edirəm. Ailəlikcə neçə belə xoş günlərə və bayramlara qovuşmanızı uca Allahdan istəyirəm. QURABAN BAYRAMINIZ MÜBARƏK!
Əbdülqadir Sezgin: “Qurban bayramı mənəviyyatla bağlı bayram olduğu üçün satıcıların daha əxlaqlı və mərhəmətli hərəkət etməsi lazımdır”
“İslam dinini Qurani-Kərimdən öyrənmək lazımdır”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna bu ölkənin Azərbaycanda sabiq dini işlər attaşesi Əbdülqadir Sezgin verib.
Davamı...
Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur. Bunlardan biri də Allah üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinməkdədir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir. Şəriətdə isə İslam icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən hər hansı bir ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurur: “Ey Ka`b, oruc qalxandır, namazda yaxınlaşmadır (əs-salatu qurban).” (Buxari). Amma, ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox Qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarət edilmişdir.
Davamı...
Antiinhisar xidməti bayramda mal və qoyun ətinin qiymətinin süni şəkildə artırılacağından narahatdır
Qurban bayramı ərəfəsində mal və qoyun ətinin qiymətinin süni şəkildə artırılmasına yol verilməyəcək. Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, rayonlardan paytaxta daha çox mal və qoyun ətinin gətirilməsi bahalaşmanın qarşısını ala bilər. Odur ki, bu gün təşkil olunan yarmarkalara ötən həftəyə nisbətən 16 min ton artıq mal və qoyun əti gətirilib. Nazir İsmət Abbasovun sözlərinə görə, qiymətlərin bahalaşmasında ən çox vasitəçilərin rolu olur.
Davamı...
Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən “Tolerantlıq örnəyi – Azərbaycan” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə belə bir açıqlama verdi: “Radikal ekstremizmin səbəblərindən biri vəhhabilik və nurçuluqdur”. Açığı, söhbət köhnə söhbətdir, amma ona təzə bucaq altında baxmağın məqamı yetişib. Əgər ictimai təsəvvürdə bəslənib-böyüdülən “xortdan” obrazları ilə yaşamaq istəmiriksə...
Başlayaq vəhhabilikdən. Son zamanlar bu mövzuyla bağlı apardığım jurnalist araşdırmaları yalnız bir nəticə verib: “Vəhhabilik” adında heç nə yoxdur!
Davamı...
2008-ci ildə martın 20,21,22,23,24-ü Novruz bayramı, sentyabrın 30-u və oktyabrın 1-i Ramazan bayramı, dekabrın 8,9-u isə Qurban bayramıdır
Nazirlər Kabineti 2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqda qərar qəbul edib.
Davamı...
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”.