Reklam verin!
Yuma Ailə Jurnalı

Qocalıq bəhanəsi

qocaliqƏziz ziyarətçilərimiz! Biz sizə söz verdiyimiz kimi islama dəvət edənlərin və bizim islama dəvət zamanı bizə qarşı gətirilən bəhanələrdən yazmağı söz vermişdik. Allah təalanın köməyi və dəstəyi ilə biz tədricən bu bəhanələri sizə yazıb bildirəcəyik, sonra isə bu bəhanələrin müalicəsi haqqında qeyd edəcəyik. Hələlik onu qeyd edək ki, bu gün islam dəvətçilərinin ən əsas bəhanələrindən biri də qocalıq bəhanəsidir. Yaşlanmaq, özü ilə bərabər bir sıra problem, xəstəliklər və digər ağırlıqlar gətirir. Təbii ki, yaşlı insanlarla cavan insanlar eyni enerjidə, eyni gücdə və eyni imkanda olmurlar. Amma “bəziləri yaşları bir az çoxalandan sonra, müəyyən yaş həddinə gələndən sonra: “Artıq qocaldım. Taqətim qalmadı. Daha əvvəl etdiklərim, əməllərim mənə kifayət edər” deməyə başlayır. Pensiyaya çıxıb işdən uzaqlaşması, onu Allaha ibadətdən və xidmətdən də pensiyaya çıxmağını zənn edir (tərcüməçi: Yəni pensiyaya çıxmaqla o artıq işləmir və pensiya məvacibi alır, elə zənn edir ki, işdən pensiyaya çıxdığı kimi, Allaha ibadətdən və qulluqdan da pensiyaya çıxıb). Belə düşünən müsəlman qardaşlarımız məgər bilməzlər ki, bir dəstə gedir və gedəcəkləri yer də cənnətdir? Dəstədən geri qalarsa və gecikərsə heç kim ona əhəmiyyət verməyəcək və öz yanlarına götürməyəcəklər. Bundan başqa, məgər o, bilməz ki, saleh (yaxşı) əməl üçün heç bir yaş həddi yoxdur?

Davamı...

Baxış sayı: 185
Açar sözlər: bəhanə behane qocalıq yaşlılıq yaş qoca kişi 
Bookmark and Share


  Yazılar cəmi: 1  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 42
Keçən ayın hiti: 103186
Dünənki hit: 2389
Bugünki hit: 1978
Ümumi hit: 680064






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar