Pakistanın keçmiş baş naziri Bənazir Bhutto Usamə Bin Ladenin 16 yaşlı oğlunun göstərişi ilə qətlə yetirilib. Bu barədə alman mətbuatında məlumat yayılıb. Britaniya mətbuatı da prezident Pərviz Müşərrəf və İslam dövlətlərindən birinin prezidentinin Bhuttonu xəbərdar edərək 4 döyüşçü kamikadze dəstəsinin ona qarşı terror aktı hazırladığı barədə məlumat yayıb.






