1. Abdullah bin Abbasa (r) istinadən Peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi sevin” (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir).Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.2. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki,«Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”» («Ali-İmran», 61) ayəsi nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni (r) yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu. (ət-Tirmizi, Təfsir «Ali-İmran», 3002).[1]3. Ummu Sələmə (r) rəvayət edir ki, “Mən Rəsulullahın (s) evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: “... Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsulullah (s) onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim Əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsulallah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən” (ət-Tirmizi, Mənaqib, 3870).







