Əgər bir gün Peyğəmbər Əfəndimiz (s.ə.v) ziyarətinizə gəlsə yalnız bir neçə günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır?...
Bilirəm belə şərəfli bir qonağa açacağınız ən gözəl otağınızı ONA açacaqsınız, bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....
Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA xidmət etməkdən ləzzət və həzz alacaqsınız…






