Reklam verin!

Cümə günü cümə namazında məscidlərin qapısı bağlandı

Nə oldu belə? Niye oldu belə? Məscidin qapısını niyə bağlayırlar? Mənə bir söz deyildi: “Sus, Əkrəm təxribat törətmə!”. Allah eləməsin təxribat törədim. Sadəcə soruşuram ki, niyə bağlayırlar məscidin qapısını? Cavablar çoxdur. Ölkədə xaos yaratmaq istəyən qüvvələr var. Saman altdan su yeridənlər var. Seçkiqabağı cənab prezidentimizi və onun tərəfini saxlayan xalqı, siyasətə qarışmayan dindar insanları, Quran oxuyan müsəlmanları sevməyən qüvvələr var. Kimdir bu qüvvələr. Bilinmir kimdir. Müxalifətdə olan bəzi radikallar iqtidarın üstünə atır. İqtidarda olan isə xalqını sevdiyi üçün onun həqiqətən də təhlükədən uzaq olmasını istəyir. Sevinir bəzi qüvvələr! Qürrələnir. Çünki təxminən bir ay bundan əvvəl ali baş komandan cənab İlham Əliyevə yazdığım məktub çoxlarını narahat etdi. Dedim ki, hörmətli Prezident! Azərbaycanda dini cəhətdən qarışıqlıq var. Bunu bizim dostumuz dövlət nümayəndəsi öz məntiqi ilə çox gözəl izah edir

Davamı...

Baxış sayı: 79
Açar sözlər: cümə günü namazı məscid bağlandı 
Bookmark and Share

"GEDİB RESTORANLARI BAĞLASINLAR..."

mescid-imami-qamet

Hacı Qamət Süleymanov: "Əbu-Bəkr məscidinin bağlanması müraciəti sifarişdir"

"Bizim məscid Azərbaycanda dini radıkallığın qarşısının alınmasında böyük rol oynayır"

Bakıda partladılan Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov yaxınlıqda yaşayan sakinlərin məscidin birdəfəlik bağlanması ilə bağlı müraciətini sifariş hesab edir.

Davamı...

Baxış sayı: 76
Açar sözlər: trend məscid əbubəkr cümə məscidi 
Bookmark and Share

CÜMƏ NAMAZI QILINMAYAN CÜMƏ MƏSCİDİ

lezgimescidi-1Bu gün Əbu-Bəkr məscidi əvvəlki günlərindən fərqlənirdi. Çünki 1997-ci ildən istifadəyə verilən məsciddə bu gün ilk dəfə idi ki, cümə namazı qılınmadı. Buna səbəb isə 17 avqust 2008 ci il saat təxminən 20:50 radələrində məsciddə axşam namazı vaxtı naməlum şəxslər tərəfindən törədilən partlayış hadisəsi oldu. Əbu-Bəkr məscidində cümə namazı qıla bilməyən insanlar İçəri-şəhərdəki Ləzgi məscidinə gəlmişdilər. Çəkdiyimiz fotoşəkilləri diqqətinizə çatdırırıq.

Davamı...

Baxış sayı: 83
Açar sözlər: azerfoto ləzgi məscidi cümə 
Bookmark and Share

Cümə namazının fəzilət və ədəbləri

ƏVVƏLİ VAR

Cümə namazının fəziləti

 Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz,beşinci saatında gedən isə bir yumurta qurban vermiş (sədəqə vermiş) kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. (Buxari 881, Müslim 1961)Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan

çəkinərsə kiçik günahları bağışlanar”. (Müslim 233)

 

Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!

Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.

 

 

Davamı...

Baxış sayı: 48
Açar sözlər: cümə namazı xütbə ədəblər ərkanlar 
Bookmark and Share

Cümə namazının fəziləti

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”.

Baxış sayı: 252
Açar sözlər: cume namazi gunu cümə bayram 
Bookmark and Share

Cümə namazı qılınan məscidin divarına dəyən top mərmisi partlamayıb

topgullesi

İstiqlaliyyət müharibəsində yunanların atdığı top mərmisi 85 ildir ki, Türkiyədəki məscidin divarında qalır

Türkiyədə İstiqlalaliyyət müharibəsi dövründə işğalçı yunan ordusuna aid bir batalyon 8 sentyabr 1922-ci il cümə günü muharibə meydanını tərk edib qaçarkən Manisa vilayəti Saruhanlı rayonunun Cibilli təpəsindən şəhəri top atəşinə tutubmuş.

Davamı...

Baxış sayı: 240
Açar sözlər: cümə namaz cuma cume cüme 
Bookmark and Share

Cümə namazı

Müsəlmanlar müxtəlif vaxtlarda bir sıra ibadətləri yerinə yetirmək üçün bir yerə toplaşırlar. Bu ibadətlərə gün ərzində qılınan beş vaxt namaz, həftədə bir dəfə qılınan cümə namazı, ildə iki dəfə qılınan bayram namazları, həcc və s. misal gətirmək olar. Bu kitabçamızda camaatla birgə həyata keçirilən və əhəmiyyətinə görə

ibadətlər arasında xüsusi yeri olan cümə namazından bəhs edəcəyik.

Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!

Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.

Davamı...

Baxış sayı: 282
Açar sözlər: cümə namaz cuma cume cüme 
Bookmark and Share

CÜMƏ NAMAZI VƏ ONUNLA ƏLAQƏDAR HÖKMLƏR

Hər bir müsəlmanın Cümə namazına gəlməsi vacibdir. Yalnız beş qrup insan: kölə, qadın, uşaq, xəstə və müsafir - bu hökmdən istisnadır. Uca Allah buyurur: «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»[1]

Tariq ibn Şihab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaatla cümə namazını qılmaq, hər bir müsəlmana vacib buyurulan bir haqdır. Yalnız dörd qrup insan: kölə, qadın, uşaq və xəstə - istisnadır»[2].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: « Müsafirə, cümə namazı vacib deyildir»[3].

Davamı...

Baxış sayı: 252
Açar sözlər: cümə namaz cuma cume cüme 
Bookmark and Share

DƏLİLLƏRLƏ CÜMƏ NAMAZI

islam sekiliBu yazıda Cümə namazı ilə əlaqədar ayə və hədislərə geniş yer verilib və Cümə namazının fəziləti, vaxtı, bu namazda oxunan surələr, Cümə namazı qılmamağın cəzası və bunlara oxşar məsələlərdən bəhs edilir.

Allah Təala Qurani-Kərimdə belə buyurur:            Ey möminlər! Cümə günü namaz üçün dəvət ediləndə dərhal Allahı zikr etməyə yönəlin və alış-verişi buraxın. Bilsəniz, bu, sizin üçün daha xeyirlidir!            Namaz qurtardıqda yer üzünə dağılın və Allahın lütfündən istəyin. Allahın adını çox anın (Onu çox zikr edin) ki, umduğunuza çatasınız (Cümə, 62/9-10).            Əbu Hüreyrə (Allah ondan razı olsun) peyğəmbərimizin (ə. s.) belə buyurduğunu rəvayət edib: “Namaz qılınacağı vaxt qaça-qaça gəlməyin, sakit və arxayınlıqla gəlin. Çatdığınız rükətləri qılın, çata bilmədiyinizi də tamamlayın (Buxari, Cümə, 18)”. 

Davamı...

Baxış sayı: 202
Açar sözlər: namaz, cume, cuma, gun, ferz, ayin, ibadet, mescid, cümə namazı, günü, fəzilət, cümə, fraidy 
Bookmark and Share


  Yazılar cəmi: 9  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 29
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 286
Ümumi hit: 500721






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar