Biz öz blogumuza 10 Avqust 2008-ci ildə xəbər vermişdik ki, Amerikalı jurnalist Sherry Jones imzalı “Mədinənin Ləl-cəvahiratı” adlı kitab yeni bir təxribatın fitilini yandırmaq istəyir. İndi acı xəbər də olsa bildirək ki, artıq o bunu yandıra bildi. Həmin jurnalistin kitabı İngiltərədə nəşr olunacaq. Hz. Məhəmməd (s.ə.s) və möminlərin anasından bəhs edən kitab, karikatura krizindən də ağır təhrik edici ünsürlər daşıyır. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) ilə həyat yoldaşı Hz. Aişənin (r.a) əlaqəsini izah edən skandal kitab İngiltərədə nümayiş olunacaq. Kitabda cinsi detallara yer verilməsi Müsəlmanların sərt reaksiyasına səbəb oldu.
Yeni cəfəngiyyat bir kitab nəşr olunacaq
Baxış sayı: 117
Açar sözlər: haksozhaber jurnalist cəfəngiyyat kitab
![]()
![]()
![]()
Yeni cəfəngiyyat bir kitab nəşr olunur
Amerikalı jurnalist Sherry Jones imzalı “Mədinənin Ləl-cəvahiratı” adlı kitab yeni bir təxribatın fitilini yandırmaq istəyir. Peyğəmbərimizin (s.ə.s) şəxsi həyatının, məhrəm olmasına baxmadan tapdalandığı kitabın, bütün xəbərdarlıqlara baxmayaraq bu həftə çapa girəcəyi ifadə edildi. Həzrəti Aişənin (r.a) Peyğəmbərimizlə (s.ə.s) nişanlanmasıyla başlayan və Peyğəmbərimizin (s.ə.s) dünyasını dəyişənə qədər olan müddəti məhrəm olmasını fikirləşmədən izah edən Amerikalı jurnalist Sherry Jonesin "Mədinənin Ləl cəvahiratı" adlı kitabının İslam dünyasında böyük etirazlara səbəb olacağı bilinməsinə baxmayaraq nəşr olunmağa hazırlanır.
Baxış sayı: 178
Açar sözlər: kitab yeni nəşr cəfəngiyyat xəbər
![]()
![]()
![]()






