Möhtərəm Möminlər!
Bu günkü xütbəmiz xalqımızın çox əhəmiyyət verdiyi adət ən-ənələrimiz, yas mərasimlərimiz və günümüzdəki qəbirstanlıqlardaki vəziyyətlərlə əlaqəli olacaqdır. Bildiyimiz kimi, yaxınlarımızdan və dostlarımızdan bir çoxu, indi axirət aləminin ilk dayanacağı olan qəbirlərdə bizləri gözləməkdədirlər.
Bir insanın, ölmuş olan yaxınlarını, dostlarını və sevdiklərini unutması, əlbətdəki asan deyildir. Bu, təbii olan sevgi və mərhəmətin bir işarəsidir. Bu haqda Ənəs bin Malik (r.a)-dən gələn rəvayətə görə Peyğəmbərimiz (s.ə.s), can verməkdə olan oğlu İbrahimi qucağına alaraq öpmüş və mübarək gözlərindən yaşlar axıtmışdır. Bu hadisəni görən Abdurrahman bin Avf bu zaman belə demişdir:
“Səndəmi Ey Allahın Peyğəmbəri?” Buna cavab olaraq Allah Rəsulu (s.ə.s) belə buyurdu:
“Bu (göz yaşı) rəhmətdir, mərhəmətdir.... Göz ağlar, qəlb hüzünlənir. Biz də ancaq Rəbbimizin razı olacağını deyərik. İbrahim! Səndən ayrıldığımız üçün həqiqətən kədərliyik”.
Davamı...
Baxış sayı: 285
Açar sözlər: sheki shaki xutbe cume namaz
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”.
Baxış sayı: 252
Açar sözlər: cume namazi gunu cümə bayram

İstiqlaliyyət müharibəsində yunanların atdığı top mərmisi 85 ildir ki, Türkiyədəki məscidin divarında qalır
Türkiyədə İstiqlalaliyyət müharibəsi dövründə işğalçı yunan ordusuna aid bir batalyon 8 sentyabr 1922-ci il cümə günü muharibə meydanını tərk edib qaçarkən Manisa vilayəti Saruhanlı rayonunun Cibilli təpəsindən şəhəri top atəşinə tutubmuş.
Davamı...
Baxış sayı: 240
Açar sözlər: cümə namaz cuma cume cüme
Müsəlmanlar müxtəlif vaxtlarda bir sıra ibadətləri yerinə yetirmək üçün bir yerə toplaşırlar. Bu ibadətlərə gün ərzində qılınan beş vaxt namaz, həftədə bir dəfə qılınan cümə namazı, ildə iki dəfə qılınan bayram namazları, həcc və s. misal gətirmək olar. Bu kitabçamızda camaatla birgə həyata keçirilən və əhəmiyyətinə görə
ibadətlər arasında xüsusi yeri olan cümə namazından bəhs edəcəyik.
Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!
Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.
Davamı...
Baxış sayı: 282
Açar sözlər: cümə namaz cuma cume cüme
Hər bir müsəlmanın Cümə namazına gəlməsi vacibdir. Yalnız beş qrup insan: kölə, qadın, uşaq, xəstə və müsafir - bu hökmdən istisnadır. Uca Allah buyurur: «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»[1]
Tariq ibn Şihab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaatla cümə namazını qılmaq, hər bir müsəlmana vacib buyurulan bir haqdır. Yalnız dörd qrup insan: kölə, qadın, uşaq və xəstə - istisnadır»[2].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: « Müsafirə, cümə namazı vacib deyildir»[3].
Davamı...
Baxış sayı: 252
Açar sözlər: cümə namaz cuma cume cüme
Yazılar cəmi: 5