Rəhmli, Mərhəmətli Allahın adı ilə! Ön söz. Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çagırırıq. Ondan bağışlanmaığı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Əziz oxucular mənim bunu yazmaqda məqsədim heç də şiələri təhqir etmək deyil, sadəcə olaraq haqqı bəyan etmək və onların batil fikirlərini üzə çıxartmaqdır. Bu isə şiələrin xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz. Mən düşünürəm ki, mənim yazdıqlarımı şiələr tərəfindən kin və yalan və yaxud uydurma elan edəcəklər. Lakin bu isə məni narahat etmir, çünki bu cür nəticələri mən çoxdan təçürbədən keçirtmişəm. Allah – subhənəhu və təalədan yazdıqlarımı şiə məzhəbindən xəbəri olmayan şiələr üçün oxuyub haqqa gəlmələrini diləyirəm. Uca Allah kim haqqı inkar edib öz mövqelərini tərk etməyənlər üçün belə buyurur: “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə, 170). “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə, 7). Beləliklə də mən şiələrin mənbələrinə istinad edərək onların fikirlərini necə batil olduğunu qeyd edəcəyəm. Uca Allahdan yazdıqlarımı oxuyucular üçün faydalı olmasını diləyirəm.
Şiyələrin imam inancı
Baxış sayı: 280
Açar sözlər: mənbə forum ehlitovhid ehlitevhid şiyə
![]()
![]()
![]()






