Reklam verin!
Yuma Ailə Jurnalı

Namaz qılmayanın aqibəti

camaat-namazi-qilmaqYaradılış etibarı ilə fitrətində ibadət etmək hissi olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanın vəsvəsələrinə, dünyanın yalançı və müvəqqəti bər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinə uyub ibadətin qəlbi olan namazdan özünü məh­rum edir. Nə itirdiyinin, hansı yolda olduğunun fərqinə varmır. Ayılanda isə artıq gec olur. Geri­yə yol olmadığını dərk edir.

Davamı...

Baxış sayı: 97
Açar sözlər: son end axır fərz ibadət 
Bookmark and Share

Camaatla qılınan namazların növləri

camaatla-qilinan-namaz

Əvvəli var...

* Fəcr namazı.   Fəcr: dan yerinin ağarmasına deyilir. Bu namaza həmçinin sübh namazı da deyilir. İki rükətdən ibarət olub səslə qılınan bu namaz gün ərzində beş vaxt qılınması vacib buyurulan namazlardan biridir. Fəcr namazını başqa namazlara nisbətən uzun qılmaq sünnədir. Bu namazdan əvvəl daima qılınan iki rükət sünnə namazı vardır.   Fəcr namazının vaxtı dan yerinin ağarmasından günəş çıxanadəkdir.      

Davamı...

Baxış sayı: 170
Açar sözlər: fərz namazlar zöhr məğrib işa 
Bookmark and Share

Nafilə oruclar və etiqaf

oructutcenneteget

  • Nafilə oruclar:
  • Oruc tutmaq qadağan olunan günlər:
  • Etikaf

    Nafilə oruclar:
    Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu günləri oruc tutmağa rəğbətləndirmişdir.
    1.            Şəvval ayının ilk altı gününü oruc tutmaq:
    Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar»[1].
    2.3.          Aşura və aşuradan bir gün öncə, həmçinin həccdə olmayanların Ərəfa günü oruc tutması müstəhəbdir:
    Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ərəfa gününün orucu haqqında soruşuldu və cavabında dedi: «Ərəfa gününün orucu, ötən ilin və ilin qalan günahlarını bağışlayır». Sonra Aşura gününün orucu haqqında soruşuldu və cavabı belə oldu: «Aşura günü oruc tutmaq ötən ilin günahlarını bağışlayır»[2].
    Ummul Fədl bint əl-Haris deyir ki, «bir qrup insan Ərəfa günü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruc olub-olmaması haqqında ixtilaf etdilər. Bəziləri onun oruc tutduğunu deyir, digərləri isə onun oruc tutmadığını deyirdilər. Mən bu vəziyyəti görüb ona bir qab süd göndərdim. O Ərəfada dəvəsinin üzərində dayanmış halda südü içdi»[3].
    Əbu Ğətəfan ibn Tarif əl-Mirri deyir ki, mən İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini eşitdim: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aşura günü oruc tutub, bunu camaata əmr etdiyi zaman insanlar dedilər: Ey Allahın elçisi, bu gün yahudi və xaçpərəstlərin təzim etdikləri bir gündür! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İnşallah gələn il doqquzuncu günü də oruc tutarıq». İbn Abbas (Allah ondan razı olsun) deyir ki, gələn il Aşura günü olmamış Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdi[4].
  • Davamı...

    Baxış sayı: 179
    Açar sözlər: nafile oruc etikaf fərz sünnət 
    Bookmark and Share

    İmamla namaz qılmaq və bununla əlaqəli məsələlər...

    imamlanamazİqamə verildikdə fərz namazdan başqa heç bir namaz qılınmaz:
    Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İqamə verildiyi zaman fərz namazdan başqa heç bir namaz qılınmaz»[1].
    Malik ibn Buheynə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iqamə verildikdən sonra bir nəfər kişinin iki rükət namaz qıldığını gördü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını bitirdikdən sonra camaat onun ətrafına toplaşdı və Peyğəmbər həmin kişiyə dedi: «Sübh namazını dörd rükət qılırsanmi?! Sübh namazını dörd rükət qılırsanmi?!»[2]

    İmamla namaz qılarkən “Təkbirətul İhram”a yetişməyin fəziləti:
    Ənəs ibn Malik Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim birinci təkbirə yetişərək qırx gün camaatla namaz qılarsa iki şeydən bəraət qazanar: Cəhənnəm atəşindən və münafiqlikdən»[3].

    Davamı...

    Baxış sayı: 375
    Açar sözlər: imam namaz camaat fərz 
    Bookmark and Share


      Yazılar cəmi: 4  

    Blog Haqqında


    Islam haqq dini

    Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

    Axtarış

    Sorğu

    Səhər namazına vaxtında dura bilirsinizmi?



    Açar sözlər

    islam  əbubəkr  quran  din  abubakr 

    Sayqaç

    İndi blogda: 49
    Keçən ayın hiti: 103186
    Dünənki hit: 2389
    Bugünki hit: 1985
    Ümumi hit: 680071






    Top on A-Z.az


    Free hit counters









    En kaliteli siteler Alersa.Net
    Bedava Site Ekle
    banner Bloguma kimlər girib?


    AddThis Feed Button
    Add to Technorati Favorites
    Pulsuz KOnsultasiyalar