Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə edib. Bu tərcümə üçün iki il vaxt sərf edən Lobcanidze bu vaxt ərzində geniş məlumat əldə etmək üçün İran, Misir, Türkiyə və başqa müsəlman ölkələrində araşdırmalar aparıb.






