ALLAH
Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir
varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına
deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram.
Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları
davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları
möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İ
lah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri
olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən,
cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
Allahın adlarının açıqlanması
Allahın adları
Allahın Gözəl Adları (Əsmai Hüsna)
Allahın adını vasitə edib dua etmək ibadətdir:
"Ən gözəl adlar ( əsmai- hüsna ) Allahındır. Onu bu adlarla
çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk
edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl -
Əraf,180)
Allahın gözəl adları
ƏL-HASİB- Ya Hasib! Əməllərim hesaba gəlməz, arzularımın sayı-hesabı olmaz, dəftərimdən xətalarımı çıxart ki, hesabım asan olsun! Ehtiyaclarımın ən kiçiyinə, xəyallarımın heç birinə əlim yetişməz, qəlbimin sızıntılarını topla ki, hesaba gələn bir duam olsun!
Baxış sayı: 278
Açar sözlər: allahın adları əsmail hüsna gözəl
![]()
![]()
![]()
Allahın gözəl adları
Əl-Muzill - Ya Muzill! Sənə boyun əyməm ən böyük sevincimdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!
Zillətə salan mənasında işlədilir.
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir! (Tövbə surəsi, 2)
Zillət, çarəsizlik Allahı inkar edənlərin düşdüyü dünya əzabının bir parçasıdır. Həyatlarını süni, yalnız başqalarına paxıllıq və acıq verərək yaşamaq insanlara verilən ən böyük əzabdır.
Allahın gözəl adları
Əl-Lətif - Ya Lətif! Sənin hökmlərin hər şeyin hər halına incədən incəyə nüfuz edər, hökmünə razı olmağı lütf et mənə! Lütfkarlığınla hökm et mənə!
Lütfkar, lütf edən mənasını verir.
Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. ( Əş-Şura surəsi,19)






