Azərbaycanlı zəvvarlar bu il Həcc ziyarətinə noyabrın ikinci yarısında yola düşəcəklər. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Həcc ziyarətinə avtobusla gedən zəvvarlar noyabrın 20-dən sonra, təyyarə ilə gedənlər isə dekabrın əvvəlində yola salınacaq.
Hazırda Həcc ziyarətində iştirak arzusunda olan zəvvarların sənədləri qəbul edilir.
Davamı...
Həcc və ümrənin fəziləti:
Müsəlmanların müqəddəs Həcc ziyarətinə İran prezidenti Mahmud Əhmədinejat da qoşulur. Səudiyyə kralı Abdullahın xüsusi dəvəti ilə Həccə getməyi planlaşdıran İran prezidenti İran tarixində bu müqəddəs ziyarəti gerçəkləşdirən ilk prezident olacaq.


