MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
Yaxud “çar Pyotrun şöhrəti”, görəsən, kimə rahatlıq vermir?
Məktub göndər
Hacı İlqar İBRAHİMOĞLU
MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
Baxış sayı: 69
Açar sözlər: ilqar ibrahimoglu abubakr mescidi hadise
![]()
![]()
![]()
Abubakr məscidinin imamı ilə müasir mövzular barədə söhbət
- Biz keçən dəfə bildik ki, təkfirçilərin özləri bir neçə növdür. Həmçinin cihadçılar da var. Bildik ki, bunlrın arasında da fərqlər var. Çünki təkfirçilər cihadçıları kafir hesab edirlər. Lakin son vaxtlar biz təkfirçilərin dəvətlərində görürük ki, onlar namaz qılmayanın hökmünü önə gətirirlər. Bu nə ilə bağlıdır?
- Allaha həmd-sənadan və peyğəmbərinə (s.a.v.), əhli-beytinə və səhabələrinə salavatdan sonra... Məlumdur ki, təkfirçilər keçən əsrin ortalarında Misirin zindanlarında yaranan zəlalət firqəsidir. Bunlar müsəlmanların və islam dəvətinin əleyhinə çalışan bir quldur dəstəsidir. Onların fikirlrinə görə, onlardan başqa hamı kafirdir, hətta böyük alimlər belə.
Sadəcə dəvətlərinin əvvəlində bunlar həmin alimlərdən istifadə edirlər, məqsədləri də öz sıralarına cəlb etməkdir. Çünki bunlara görə sən kafirsən və kafirə də yalan danışmaq olar. Əvvəldə təbii ki, öz əqidələrini gözlədirlər. Ümumən, üslubları bir neçə mərhələdən ibarətdir. Birinci, namaz qılmayanın kafir olması. Sən bu fikri qəbul edərsənsə, yəni artıq sən namaz qılmayanları kafir görəndə, onlar ikinci mərhələyə keçirlər. İkinci mərhələ namaz qılanlar və onların fikirlərində olmayanlardır. Onlara kafir demək üçün Allahın hökmündən başlayırlar danışmağa və deyirlər ki, kim Allahın hökmülə hökm vermirsə, kafirdir və müsəlman ölkələrinin hakimlərini kafir görürlər. Sonra da deyirlər ki, gedin soruşun, kim onlara müsəlman desə, o özü də kafir olur. Əsasən də bir qaydanı gətirirlər ki, kafirə kafir deməyənin özü də kafir olur. Amma bu qayda ümumən qeyri-müsəlmanlara tətbiq olunur.
Baxış sayı: 243
Açar sözlər: abubakr mescidi son hadise fitne
![]()
![]()
![]()
Danimarka qəzetləri Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib
Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.
Baxış sayı: 222
Açar sözlər: danimarka qəzet karikatura hadise
![]()
![]()
![]()







