Azərbaycanlı zəvvarlar dekabrın 22-dən etibarən evlərinə dönməyə başlayacaqlar
Dünən zəvvarlar Həcc ziyarətinin ən vacib dini ayinlərindən biri olan Mina vadisində şeytanı daşlama ayinini yerinə yetiriblər. Bu dini ayin Həcc ziyarətinin ən təhlükəli mərasimi hesab edilir. Səbəb isə onun icrası zamanı sıx izdihamın yaşanması və nəticədə yaşlı və zəif zəvvarların ayaq altında qalması və ya özlərin pis hiss edərək huşlarını itirmələridir. İki il əvvəl yaşanmış bu cür izdiham zamanı 360 zəvvar həlak olmuşdu. Bu il şeytanı daşlama əməliyyatı insidentsiz ötüşüb. Əməliyyatdan sonra müqəddəs torpaqda qurbankəsmə mərasimi həyata keçirilib.
Davamı...
Baxış sayı: 179
Açar sözlər: şeytan daşlama daş hecc zəvvar
Zəvvarlar 35 avtobusdan ibarət karvanla Səudiyyə Ərəbistanına yola düşüblər
Avtobusla Həcc ziyarətinə gedən Azərbaycan zəvvarlarının ikinci qrupu bu gecə yola düşüb. Onlar 35 avtobusdan ibarət karvanla Səudiyyə Ərəbistanına istiqamət götürüb. Avtobuslar İran-Türkiyə-Suriya-İordaniyadan keçməklə Səudiyyə Ərəbistanına çatacaq.
Davamı...
Baxış sayı: 241
Açar sözlər: hecc həcc zəvvar səfər
Yoxlamalar vaxtı bəzi ev və mehmanxanaların təhlükəsizlik qaydalarına cavab vermədiyini aşkar edilib
Müsəlmanların dekabr ayında Səudiyyə Ərəbistanına başlayacaq Həcc ziyarəti ərəfəsində problem yaranıb. Belə ki, Məkkə şəhər rəhbərliyi zəvvarların yerləşdirilməsi üçün bəzi mehmanxana və şəxsi evlərdən istifadə edilməsinə icazə verməyib.
Davamı...
Baxış sayı: 144
Açar sözlər: hecc ziyarət hacı həci ərəfə
Yazılar cəmi: 3