Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda qeyri-adi bir qoyun dünyaya gəlib. “İxlas xəbər agentliyi”nin verdiyi məlumata görə, qeyri-adi qoyunun bir tərəfinə ərəbcə “Allah”, bir tərəfinə isə “Məhəmməd” yazılıb. Qoyunun sahibi olan ailə heyvanın üzərində qeyri-adi naxışları gördüyünü, ancaq yazı olduğunu bilmədiyini deyib.







