Türkiyə Böyük Millət Məclisi uzun müddətdən bəri siyasi qruplar arasında ciddi fikir ayrılığına səbəb olan ali təhsil qanununa baş örtüyünün aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklə bağlı məsələni müzakirə edəcək. Dövlət naziri Cəmil Çiçək qanuna təklif olunan dəyişikliyin kllassik hicabı nəzərdə tutmadığını, sadəcə baş örtüyünü bağlayan şəxsin üzünün açıq və örtüyün çənə altından bağlanan formada olmasını nəzərdə tutduğunu bildirib. O, klassik hicab bağlayan qızların universitetə girməsinə yol verilməyəcəyini də bildirib.







