- Hafiz kimdir, hafizlik nədir?
- Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı.







