«İslamafobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti» mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans bu gün başa çatıb. «Dini fərqlilikdən kənar» devizi altında təşkil olunan konfransın yekunu olaraq «Bakı gənclər təşəbbüsü» adlı bəyannamə qəbul edilib. Sənəd Avropa Şurasına üzv dövlətlərdə irqi, dini, milli ayrı seçkiliyin bütün növlərinə qarşı mübarizəyə gənclər təşkilatlarının fəaliyyətini genişləndirməklə cavab verməyi qərara alıb.







