Sual: Hicri ili yaxınlaşdıqda bəzi mətnlərdə bildirilir ki, insanın yaxşı əməlləri yazılan səhifə ilin sonunda bağlanır və bizlər ilin sonunu bağışlanma istəmək və oruc tutmaqla keçirməklə buna təşviq olunur. Belə mətnlərdə bilidirən xəbərlərin hökmü nədir? İlin son gününü oruc tutmaq sünnətdirmi? Əgər ilin son günü bazar ertəsi və yaxud cümə axşamı ilə üst-üstə düşərsə, bu gün oruc tutmaq bidətdir?
Cavab:
Həmd Allaha məxsusdur.
Sünnə dəlalət edir ki, insanların yaxşı əməlləri gecikdirilmədən gündə iki dəfə: bir dəfə gecə və bir dəfə gündüz olmaqla Allaha ərz olunmaq (göstərilmək) üçün qaldırılır.
Səhih Muslimdə (179) rəvayət olunur ki, Əbu Musa əl-Əşari (Allah ondan razı olsun-radiyallahu anhu) demişdir: Allah Rəsulu sallallahu aleyhi və səlləm bizim qarşımızda durdu və bizə beş şey söylədi. O dedi: “Allah sübhənahu və təala yatmır və Ona yatmaq yaraşmaz. O, mizanı (bəndənin günahkar və ya əməlisaleh olmasından asılı olaraq) alçaldır və onu yüksəldir; gecənin əməlləri Ona gündüzün əməllərindən əvvəl, gündüzün əməlləri isə Ona gecənin əməllərindən əvvəl qaldırılır...”
İlin sonunu bağışlanma və oruc tutmaq kimi ibadətlərlə keçirmək olarmı?
YENİ İLƏ ELMİ, İNSAFLI MÜNASİBƏT
Bu gün olduqca bir çox müsəlmanlara, xüsusilə də Xristianların üstünlük təşkil etdiyi və yaxud Qərb mədəniyyətindən yüksək dərəcədə təsirlənən ölkələrdə yaşayan müsəlmanlara belə bir fikir təlqin edilmişdir ki, dostların və qohumların Kristmas (Milad günü) mərasimlərində iştirak etmək ən azından uşaqlar və cavanların əylənməsi üçün düzgün yer olmasa belə, vaxt keçirmək üçün heç bir zərəri yoxdur. Bir çox hallarda cəmiyyətin ənənələri ilə ayaqlaşmaq üçün göstərilən təzyiq, iradəsi zəif olan insanların buna tab gətirməsində onlar üçün olduqca çətin gəlir. Yeni il və digər batil şənliklərə dəvət edilən və yaxud ətraflarında müşahidə etdikləri bu cür mərasimlərə, şənliklərə qoşulmaqdan nə üçün yalnız onların məhrum edildiklərini və digər uşaqlar kimi onların da hansı səbəbdən hədiyyə ala bilmədiklərini dərk edə bilməyən uşaqların yalvarışları qarşısında valideynlər adətən təslim olmağa şirniklənirlər, aldanırlar.
Kafirlərin bayramlarını keçirməyin qadağan olması
Həmd Allaha məxsusdur.
Müsəlmanın kafirlərin bayramlarında onlara qoşulması, bu münasibətlə sevinməsi, şənlənməsi və yaxud işdən istirahət götürməsi qadağandır. Çünki, bu Allah təalanın düşmənlərinə oxşamağın bir növüdür ki, Allah təala bunu qadağan etmişdir. Onlarla batil üzərində yardımlaşmanın bir növüdür. Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyi sabit olmuşdur: “Kim bir qövmə bənzəyərsə o da onlardandır”.
Allah təala buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Maidə 5:2).
SEÇİM SƏNİNDİR! YENİ İL, YOXSA MÜSƏLMAN BAYRAMI...
Bu yazını səbrlə və sona qədər oxumağınız məsləhətdir.
Hələ günəş çıxmamış, Corc yuxudan oyanıb ayağa qalxdı. Səs salmadan əvvəl xanımını (Teranı) oyatdı. Tera heç təəccüblənmədi. Çünki Corc axşamdan ona hazırlıqlar etməsini tapşırmışdı. Tera durub Corcun və uşaqlarının paltarını ütülədi. Onların iki oğlu var idi, Maykl və Andrey. Maykl Andreydən 2 yaş böyük idi.
Paltarlar hazır olandan sonra Tera səhər yeməyini hazırlamağa mətbəxə keçirdi ki, Corc ona: Bu gün Qurban bayramıdır, onsuz da bayram namazına kimi bir şey yeməyəcəyik. Tələsmə, biz gələnə kimi hazırlayarsan – dedi. Corc uşaqların otağına keçib yavaşca onları da oyatdı. Andrey gözünü açan kimi atasına: Papaaaa, məni də aparacaqsan bayram namazına?
Corc: Bəs nə. Sənsiz heç gedərəmmi gözümün işığı?!
YENİ İLİ QEYD ETMƏLİYİK Mİ?
Bismilləhir-Rəhmanir-Rəhim
Hamının yeni il keçirməsinin şahidiyik. Xristian, yəhudi və ya müsəlman, hamı bu bayramı keçirir. Qərbdən gələn adətlərin müsəlmanlarda da olması heç də təəccüblü hal deyil, bundan daha dəhşətlisi odur ki, qərbin keçirtdiyi dini bayram və mərasimləri müsəlmanlar da qeyd edirlər. Buna görə də yeni ildən əlavə, Dekabrın 25-də Kristmas bayramının da müsəlmanlar tərəfindən qeyd edildiyini görmək mümkündür. Bu hal ən çox cavanlarda müşahidə olunur. Çalıb-oynamağı, şənlənməyi, kef çəkməyi və sair kimi əməllərlə boş vaxt keçirməyi xoşlayan cavanlar bu cür bayramları bəhanə edərək öz əməllərinə bəraət qazandırırlar.
Yeni il şənliyində israfçılığa dəyərmi?
“Yeni il” münasibəti ilə dünyanın bir çox yerlərində milyonlarca kiçik şam ağacları “Şaxta Baba” xurafatı uğrunda kəsilib məhv edilir. Xiristian ölkələrində olduğu kimi, müsəlmanların yaşadığı ərazilərdə də bu cinayətlər insanlar tərəfindən törədilməkdədir..Bir günlük əyləncə üçün kəsilən bu “şam ağaclarının fidanları” neçə-neçə insanların oksigenlə təmin olunmasının qarşısını alır.
Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək
Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Bu barədə ANS TV-yə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Məlumata görə, QMİ onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayevin sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobus, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 2-dən 5-nə, təyyarə ilə isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək. Ümumiyyətlə isə ziyarət müddəti 18 gündür.
Baxış sayı: 335
Açar sözlər: ziyarət həcc bu il azərbaycan
![]()
![]()
![]()






