Biz bütün Azərbaycan xalqının müsəlman camaatı, mən bu camaatın adından da xüsusi bildirirəm ki, hörmətli Prezidentimizin yenidən ölkəmizin rəhbəri seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik. Bizim Prezidentimiz daima ölkəmizdə baş qaldırmaq istəyən üsyanları və terror hadisələrinin qarşısının alınmasında, ölkədə ibadət edənlərə kömək etməsində böyük rolu var və daimi də olacaq. Mən bir çox müsəlman bacı və qardaşlarımız adından hörmətli, cənab Prezidentimizi yenidən prezidentimiz olması münasibəti ilə təbrik edirəm. Mənim təbrikimə bütün müsəlman camaatımız da qoşulur və aşağıda şərhdə təbriklərini yaza bilərlər.
İlham Əliyevi təbrik edirik!
Baxış sayı: 89
Açar sözlər: ilham əliyev əkrəm həsənov təbrik
![]()
![]()
![]()
İlham Əliyevin prezident seçilməsini təbrik edirik!
«Seçkilər ruh yüksəkliyi ilə keçirilib və seçicilər 76,65 faizi səsvermədə iştirak edib». Bunu bir qədər əvvəl «Seçkilər» İnformasiya Mərkəzində mətbuat konfransı keçirən MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçkiləri çoxsaylı müşahidəçilər və jurnalistlər izləyib. Bu dəqiqələrdək MSK-ya hər hansı ciddi qüsurlarla bağlı məlumat daxil olmayıb. Məzahir Pənahovun sözlərinə görə, ümumiyyətlə, MSK-ya yazılı müraciət daxil olmayıb: «Sabahdan həm namizədlərin səlahiyyətli nümayəndələri, həm də müşahidəçilər MSK-ya müraciət edə bilərlər. Müraciətlər dərhal araşdırılacaq. Əgər hansısa məntəqədə qanunsuzluğun olduğu müəyyən edilsə və vətəndaşların hüquqları pozulsa, biz çox ciddi addımlar atacağıq».
İlham Əliyevlə İrəli
NAMİQ ZEYNƏDDİN (YENİ ÇAĞ)
İLAHİYYATÇI
İlham Əliyev öz əməlləri ilə Heydər Əliyevin davamçısı olduğunu sübut etdi. Ölkəmiz iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilir
İqtisadi cəhətdən qüdrətlənən ölkəmiz artıq regionun ən aparıcı dövlətlərindən birinə çevrilib. Hər bir ölkənin qüdrətlənməsində həmin ölkənin başçısının müstəsna xidmətləri var. Yaxşı dövlət başçısı ölkə, xalq üçün həmişə qiymətli tapıntı sayılıb, cəmiyyətin inkişafını təmin edən meyil və təmayülləri stimullaşdıran fenomenal qüvvə kimi çıxış edib. Bu mənada Azərbaycanın bəxti gətirib. Bu gün ulu öndərimiz Heydər Əliyevin adı yeni dünya siyasətinin bütöv bir epoxasını təşkil etmiş siyasət titanlarının adları ilə bir cərgədə çəkilir. O insan, o lider xoşbəxtdir ki, öz varisinə layiqli miras qoya bilir. Bu mənada Heydər Əliyev ziyasını, dövlətşünaslığını, vətənkeşliyini, bütövlükdə bu fitri genoloji xətti, nadir fenomeni daşımağa qadir yeganə şəxsin - cənab İlham Əliyevin ulu öndərimizi hakimiyyət sükanında əvəzləməsi, heç şübhəsiz, Azərbaycanın, Azərbaycan xalqının qazancıdır. Heydər Əliyev öz böyük əməlləri ilə ölkəmizin qüdrətlənməsində müstəsna xidmətlər göstərdi. Artıq ölkəmiz ərazidə ən inkişafda olan ölkələrdən biridir.
Ali baş komandana ikinci məktub!
Salam, çox hörmətli prezidentimiz! Ali Baş Komandan. Cənab İlham Əliyev! Biz Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunu olaraq, xalqın universitetlərdə oxudub ali təhsil verdiyi gənclər olaraq, AMEA-nın gənc alimləri olaraq sizə müraciət edirik. Biz, dövlətin nümayəndələriyik. Bizim qarşımızda siz varsınız. Siz bizə qol-qanad kimisiniz! Biz sizin sayənizdə bu xalqın içərisində yaşayırıq. Biz sizin daxili və xarici siyasətinizə hörmətlə yanaşırıq. Biz oxuduq. Tam şəkildə dini təhsil aldıq. Azərbaycanda bu gün həqiqətən də dini cəhətdən müəyyən nöqsanlar var. Biz bir İlahiyyatçı olaraq bu nöqsanları aradan qaldırmalıyıq. Biz bunun üçün yetişdik. Dövlət bizə buna görə dini təhsil verdi. Bu məsələ ciddi məsələdir. Sizin öndərliyinizlə biz İlahiyyatçılar bu məsələni yoluna qoymalıyıq.
Baxış sayı: 184
Açar sözlər: prezident president aliyev ilham haydar
![]()
![]()
![]()
Prezidentə məktub
Salam, hörmətli Ali Baş Komandan. Cənab İlham Əliyev! Sizə xalqın içərisindən çıxan və xalqın içərisində olan bir insan kimi yazıram. Niyyətim dünyəvi mal yığmaq və ya nəyəsə müəyyən bir xeyirə nail olmaq deyil. Niyyətim tamahkarlıq deyil. Niyyətim sizin daxili və ya xarici siyasətinizə qarışmaq deyil. Allah məni bağışlasın. Bəzən biz insanlar həqiqətən də fikrimizi və sözümüzü yazanda və ya qarşımızdakına deyəndə niyyətimizi gizlədirik. Bəzən elə olur ki, qarşımızdakına, həmdə o adam müəyyən nüfuza malik olanda özümüzü elə təqdim etmək istəyirik ki, guya daxilimizdəki hər bir niyyəti açıb ortaya qoyuruq.
Baxış sayı: 199
Açar sözlər: president prezident ilham əliyev aliyev
![]()
![]()
![]()
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Sabah müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edəcək. Bu münasibətlə prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib.
Baxış sayı: 264
Açar sözlər: ilham əliyev president prezident bayram
![]()
![]()
![]()







