Hakim özünün «Müstədrək» əsərində, Təbərani isə «Mucam» əsərində rəvayət edirlər ki, rəsulullah (s) buyurur: «İman hər birinizin daxilində yaradılır. Necə ki, paltar biçilmişdir. Elə isə Allahdan qəlblərinizi imanla canlandırmasını diləyin!» . (Hakim, «Müştədrək», «Səhih hədislər silsiləsi», 1585; Heysəmi, «Məcmu əz-zəvaud», 1/52. Həmçinin Təbərani «Kəbir» əsərində də bu hədisi qeyd edir. Hədisin sənədi həsəndir). Yəni, paltar köhnəlib xarab olduğu kimi, iman da qəlbdə paslanır. Bəzən möminin qəlbini sanki, bir günah buludu bürüyür və qəlb zalımlaşır.
Rəsulullah (s) səhih hədisdə bu halı təsvir edir: «Elə bir qəlb yoxdur ki, onu bir bulud sarmasın. Bu, ayın qarşısını kəsən buluda bənzəyir. Bulud ayın qarşısını kəsərkən qaranlıq yaranır, çəkilib gedərkən isə işıq yayılır» . (Əbu Nəim, «Hiylə», 2/196; «Səhih hədislər silsiləsi», 2268).
İman zəifliyinin əlacı
İmanın zəif olmasının səbəbləri
İman zəifliyinin çoxlu səbəbləri var. Onlardan günah işlətmək və dünyaya alüdə olmaq kimi çirkin əməlləri göstərmək olar. Bu, keçən mövzuya əlavə olaraq bəzi səbəblərin qeyd edilməsidir:
1) Uzun müddət iman ab-havasından uzaq olmaq . Bu, insanda imanın zəifliyinə səbəb olur. Allah taala buyurur: «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı, onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onların üstündən uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir» (əl-Hədid, 16) Hikmətlə dolu olan bu ayə ona dəlalət edir ki, iman əhval-ruhiyəsindən uzun müddət uzaq düşmək qəlbdə imanın zəifləməsinə səbəb olur. Məsələn, hər hansı bir səfər xatirinə və ya vəzifəsini yerinə yetirmək üçün uzun zamana müsəlman qardaşlarından uzaqlaşan şəxs, əvvəllər kölgəsində yaşadığı iman abı-havasını itirir. Əsl mömin tənha olduqda özünü kasıb, qardaşları ilə birlikdə olduqda isə varlı hiss edər. Həsən əl-Basri (Allah ona rəhmət eləsin!) buyurur ki, «qardaşlarımız doğmalarımızdan daha əzizdir. Çünki doğmalarımız bizə dünyanı aşılayır, qardaşlarımız isə axirəti yadımıza salar» . Bu uzaqlıq davam etdikcə, bir müddət keçdikdən sonra insanı həmin iman ab-havasına qarşı qoyan dəhşətli bir şərait yaradır, qəlbdə sərtlik və zülm toxumları səpir, iman nuru isə sönür.
Baxış sayı: 198
Açar sözlər: iman zəifliyinin səbəbi nəticə
![]()
![]()
![]()
İmanın zəifliyinin təzahürləri
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edirik, Ondan kömək, bağışlanma və bizi doğru yola yönəltməyini diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Allaha pənah aparırıq. Allahın doğru yola yönəltdiyi insanı heç kim yolundan azdıra bilməz, Allahın haqq yoldan azdırdığı insanı isə heç kəs doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, heç bir şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!» (Ali İmran, 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa,1)
«Ey iman gətirənlər! Allahdan qorxun və düz söz söyləyin! Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və rəsuluna itaət etsə, böyük bir səadətə nail olar» (əl-Əhzab, 70-71).
Həqiqətən iman zəifliyinin təzahürü müsəlmanlar arasında genişdir və intişar tapmışdır. İnsanların bir çoxu qəlblərinin sərtliyindən şikayətlənir və deyir: «Qəlbimdə sərtlik hiss edirəm, ibadətlərimdən heç bir həzz ala bilmirəm, imanımın zəiflədiyini hiss edirəm, Quran oxumaqdan təsirlənmirəm, asanlıqla günaha batıram». Belə insanlarda açıq-saçıq xəstəlik nişanələri var. Bu xəstəlik bütün bəlaların əsası, bütün nöqsanları və fəlakətlərin səbəbidir.
Qəlb mövzusu həssas və mühüm bir mövzudur. Qəlb sürətlə dəyişdiyi və çevrildiyi üçün bu cür adlanır. Rəsulullah (s) buyurur: «Həqiqətən, qəlb dəyişkən olduğuna görə belə adlanır. Qəlb ağacın budağından sallanan bir yarpaq kimidir, külək onu o tərəf bu tərəfə çevirir». (Əhməd, 4/408; «Səhih əl-Cami», 2365) .
Başqa bir rəvayətdə deyilir: «Qəlb çöldə torpaq üzərinə düşən lələk kimidir, külək onu o tərəf bu tərəfə çevirər» (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», № 227; «Zilal əl-cənnə fi təxricu əs-sünnə», 1/102. Sənədi səhihdir) .
Baxış sayı: 186
Açar sözlər: iman zeifliyi zəifliyi təzahür tezhur
![]()
![]()
![]()
QURANİ-KƏRİMİN TARİXİ
Əziz oxucular, möhtərəm müsəlman bacı və qardaşlarımız!
Məlum olduğu kimi Məhəmməd Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) cəmi altımış üç il yaşamışdır. O, qırx yaşında ikən, ona ilk vəyh gəlmişdir. Bundan sonra on üç il Məkkədə tövhid dini olan islamı təbliğ etmiş, sonra da Mədinəyə hicrət etməyə (köçməyə) məcbur olub.
On il də orada yaşamışdır. Məhəmməd Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) Qurani-Kərim Məkkədə Hira dağında nazil olmağa başlamışdır. Qurani-Kərim rəhmət, bərəkət və şəfqət dolu mübarək bir ayda, şərəfli və kəramətli bir ölkədə nazil olub. Dövrün və ölkənin tanınmış və hörmətli adamları onun ətrafına toplaşdılar. Səhih olan rəvayətlərin birində Peyğəmbərimiz (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) belə demişdir: “Hər bir Peyğəmbər insanları imana dəvət etmək üçün vəhyi vasitəyə malikdir. Mən də o vəhy verilənlərdən biri oldum, Allah (Subhənəhu və Təalə) mənə də vəyh verir.






