Türkiyənin rəsmi din qurumu olan “Diyanət işləri başkanlığı” internetlə çatlaşmanın uşaqlar üçün zərərli olduğunu bildirərək, valideynləri tədbirli olmağa çağırıb. Bunun sadəcə uşaqlar və yeniyetmələr üçün yox, valideynlər üçün də zərərli olduğunu bildirən qurum, uşaqların otağına ayrıca televizor və kompüter alınmasının da təhlükəli olduğunu deyib.






