Kişilər üçün nəzərdə tutulan düşərgədə iştirakçılara “İslamda ailə həyatı” barədə məruzələr oxunacaq
Tatarıstan respublikasında “İxlas” adlı müsəlman kişilər üçün nəzəedə tutulmuş düşərgə faliyyətə başlayıb. İslam dininin mənsubu olan və yaşı 18-keçən 40-dan çox müsəlman Yelabuq yaxınlığında, Kama çayı sahilində düşərgə qurub.
Davamı...
Əziz və dəyərli ziyarətçilər! Bütün səhifəmizin ziyarətçiləri! Sizin hər birinizdən xahiş edirəm ki, imkanınız çatan qədər mənim blogumun bannerini öz saytınızda və ya tanıdığınız hansısa blog və saytda yerləşdirəsiniz. Mən onu qeyd etmək istərdim ki, bu banneri bizim islam blogu üçün Vüqar bəy hazırlayıb. Ona hər zaman gözəl yaradıcılıq nailiyyətyləri arzu edirəm.
Bannerləri sizə təqdim edirəm. Hansını istəsəniz, bəyənsəniz blog və saytınıza yerləşdirərsiniz.
Davamı...
Məscidin açılışında iştirak edən Kanadanın baş naziri Stiven Harper yeni kompleksi “Memarlıq incisi” adlandırıb
Kanadanın ən böyük məscidi Albert əyalətində Kalqari ərazisində tikilib. “Beytul Nur” məscid kompleksinin ümumi meydançası 4300 kvadrat metrdir. Tikinti 15 mln dollara başa gəlib. Bu məbləğin 8 mln dolları Kanadada yaradılan Əhmədiyyə müsəlan cəmiyyətinin üzvləri tərəfindən könüllü sürətdə toplanıb.
Davamı...
Təhsil qurumunu açmağa hazırlaşan müsəlman miqrantların bu təşəbbüs üçün rəsmi icazəsi yoxdur
Danimarkalı müsəlmanlar paytaxt Kopenhagendə İslam universiteti açmağa hazırlaşır. Bu addım Danimarkada ərəb mənşəli müsəlman miqrantları bir təşkilat altında toplayan "Danimarka Müsəlman Camaatı" tərəfindən atılacaq. Dərnək bu cəhdini, Danimarkanın rəsmi qurum və təşkilatları ilə görüşmədən həyata keçirmək istəyir. Təhsil qurumunun müəllimləri isə Misirin məşhur Əl Əzhər universitetindən gətiriləcək. Fakültədə ilahiyyat fənnləri ilə birlikdə iqtisadiyyat, hüquq və təhlükəsizlik siyasəti dərsləri də veriləcək.
Davamı...
Filmin nümayiş ediləcəyi internet saytının fəaliyyəti dayandırılıb
Hollandiyada irqçi millət vəkili Qirt Vildersin İslam dinini təhqir edən 15 dəqiqəlik “Fitnə” filminin nümayiş ediləcəyi internet saytın fəaliyyəti dayandırılıb. Saytı şəbəkə ilə təmin edən amerikalı provayder film barədə çoxlu şikayətlər gəldiyini və bu şikayətləri nəzərə alaraq saytın fəaliyyətini dayandırdıqlarını bildirib.
Davamı...
Bu ilin iyun ayında isə İKT ölkələrinin xarici işlər nazirlərinin Uqandada görüşü olacaq
İslam Konfransı Təşkilatının növbəti sammiti gələn il Misirdə keçiriləcək. Bu ilin iyun ayında isə İKT ölkələrinin xarici işlər nazirlərinin Uqandada görüşü keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Davamı...
İKT-nin Dakarda keçirilən iclasında təşkilatın nizamnaməsinin yeniləşmiş variantı müzakirə olunur
Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin 11-ci sessiyası davam edir.
Davamı...
Sərgi İslam dünyasının Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir
Bu gün Ermitaj muzeyinin Nikolay zalında “Saraylarda və çadırlarda. İslam dünyası Çindən Avropaya qədər” adlı sərgi açılacaq. Muzeyin mətbuat xidmətinin məlumatına görə, sərgi İslam dünyasının qonşu mədəniyyətlərlə-Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir.
Davamı...
Böyük Britaniyanın daxili işlər naziri Cekyu Smit bəyan edib ki, ekstrimistlər İslam qanunlarına tamamilə zidd hərəkət edir
Böyük Britaniya Nazirlər Kabineti “İslam terroru” ifadəsini “İslama zidd fəaliyyət” ifadəsiylə əvəz etmək barədə qərar qəbul edib. Bundan sonra fanat ekstremistlər İslama zidd fəaliyyət göstərənlər kimi adlandırılacaqlar. Böyük Britaniyanın daxili işlər naziri Cekyu Smit bəyan edib ki, ekstrimistlər İslam qanunlarına tamamilə zidd hərəkət edirlər. Bundan sonra terror, islamçı ekstrmizm kimi ifadələri işlədərkən bir az da diqqətli olmaq tələb olunacaq.
Davamı...
Müğənninin ərəb əsilli paparatsi sevgilisinin istəyi ilə dinini dəyişəcəyi bildirilir
Amerikalı Pop müğənni Britni Spirs müsəlman olmağa qərar verib. Müğənninin yarıçılpaq şəkillərini çəkmək üçün çalışan ərəb əsilli paparatsi Adnan onu müsəlman etməyə çalışır.
Davamı...