Yahudilik yaşayan dinlərin ən qədimlərindən və mənsubu az olanlarından biridir. Öz halında dinmi, irqmi, millətmi olduğu çox müəyyən deyil. Dinlər tarixində özünə xas bir yerə malikdir. Tövratdakı Balam hekayəsində "Yəhudilər ayrıca oturan bir qövmdür və millətlər arasında sayılmayacaq", ifadəsi Yuhudiliyin vəziyyətinə işıq tutmaqdadır. Bu xüsusi vəziyyəti müasir bir deyimlə ifadə edilsə, Yəhudiliyin ümumiyyətlə eyni bioloji nəsilə və dini camaata sahib irq və inanc birliyi olduğu, deyilə bilər. Dünyada təxminən 18-20 milyona qədər yəhudinin olduğu təxmin edilir. Bunların 4.4 milyonu İsraildə, 6 milyonu Amerikada digərləri də kiçik azlıq olaraq dünyanın müxtəlif ölkələrində yaşamaqdadırlar. Rəvayətə görə, Allah Hz. İbrahimə vəd verərək onun nəslindən gələn bu qövmü, dünya millətləri arasından seçmiş və Sina Yarımadasına aparmış, özünə həmsöhbət əldə etmiş və Tövratı vermişdir.
Yəhudilik
İsrail aviasiyası Qəzzanın şimalına raket zərbələri endirib
İsrail aviasiyası Qəzzanın şimalına yenidən raket zərbələri endirib. Nəticədə 2 "Həmas" döyüşçüsü həlak olub, bir neçə nəfər yaralanıb. Şahidlərin verdiyi məlumata görə, ilk hava hücumunda bir "Həmas" üzvü həlak olub, daha biri yüngül yaralanıb. Gecə saatlarında endirilmiş 2-ci raket zərbəsi nəticəsində daha bir "Həmas" döyüşçüsü ölüb, 3 nəfər yaralanıb.
İsrailin Qüds şəhərində Yaxın Şərqdə sülhə dair dinlərarası sammit başlayır
Bu gündən İsrailin Qüds şəhərində Yaxın Şərqdə sülhə dair dinlərarası sammit başlayır. Dekabrın 9-dək keçiriləcək və Dünya Sülh Federasiyasının təşkil etdiyi sammitin məqsədi müxtəlif dinlərin nümayəndələrini birləşdirərək sülhün qorunmasına yardımçı olmaqdır.
İsrailin baş naziri bu gecə Birləşmiş Ştatlara yola düşüb

İsrailin baş naziri Ehud Olmert Yaxın Şərq sülh konfransında iştirak etmək üçün bu gecə Amerika Birləşmiş Ştatlara gedib. Ölkəsini tərk etməzdən əvvəl jurnalistlərə verdiyi müsahibəsində Ehud Olmert bəyan edib ki, problemin həllini iki xalq üçün iki dövlət prinsipi üzrə tapmağa çalışacaqlar.
Baxış sayı: 185
Açar sözlər: baş nazir israil birləşmiş ştatlar
![]()
![]()
![]()
İsraildə min yaşlı «Bibliya» nümayiş etdiriləcək
İsraildəki muzeydə yaşı mini keçən «Bibliya» hissələri nümayişə çıxarılacaq.
Sözügedən perqament «Tövrat»a daxil olan «Hələb məcəlləsi»nin bir hissəsidir. Əlyazmanın bizim eranın 920-ci ilində yazıldığı düşünülür.







