Redaktor vəfatından əvvəl jurnalistlərə verdiyi müsahibədə karikaturalardan birini çap etmək qərarını müdafiə edib
Bu günlərdə Peyğəmbəri (s) təhqir edən bədnam karikaturaları çap etdirən İsveç qəzetinin baş redaktoru anidən öz iş otağında vəfat edib. İsveç KİV-lərinin yaydığı məlumata görə Peter Melin son dəqiqələrinə kimi çox aktiv fəaliyyət göstərirmiş. Vəfatından əvvəl o günün birinci yarısında İsveç radiosunun və TT informasiya agentliyinin jurnalistlərinə verdiyi müsahibədə Peyğəmbəri (ə.s.) təhqir edən karikaturalardan birini çap etmək qərarını məharətlə müdafiə edib.
Davamı...
Baxış sayı: 277
Açar sözlər: kafir danimarka karikatura isvec
Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar
Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub.
Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.
Davamı...
Baxış sayı: 252
Açar sözlər: danimarka karikatura qalmaqal iddia
“İlk dəfə bu karikaturalar qəzetlərdə nəşr olunanda danimarkalı olduğum üçün çox utanmışdım"
Danimarkada universitet tələbəsi “facebook” tanışlıq portalında “Məhəmməddən üzr istəyirik” adlı qrup yaradıb. Qrupun hədəfi, Danimarka ictimaiyyətindəki bütün insanların karikaturaları nəşr edən qəzetlərlə eyni fikirdə olmadığını göstərməkdir. Qrup faliyyətinə bu şüarla başlayıb. “Fikir azadlığının hüdudsuz olduğunu göstərmək üçün başqa inanclara hücum etmək və onları təhqir etmək lazım deyil!” “Məhamməddən üzr istəyirik” adlı qrupun yaradıcısı Anders Butter karikaturaların yenidən nəşr olunmasına etiraz əlaməti olaraq bu hərəkatı başlatdığını bəyan edib.
Davamı...
Baxış sayı: 250
Açar sözlər: facebook danimarka karikatura caricatura
Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər
Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.
Davamı...
Baxış sayı: 222
Açar sözlər: danimarka qəzet karikatura hadise
Paris məhkəməsinin 10 ay əvvəl bəraət verdiyi Filipp Val bu gün yenə məhkəmə qarşısında dayanacaq
Paris məhkəməsi Məhəmməd peyğəmbərin karikaturasının dərci ilə bağlı işə bu gün yenidən baxacaq. 2006-cı ildə Fransada nəşr olunan həftəllik «Şarli-Ebdo» qəzeti Danimarkanın «Yulands Posten» qəzetindən götürdüyü karikaturaları özünün əlaqələri ilə dərc etmişdi. İslam təşkilatları isə karikaturaların müsəlmanların heysiyyatına toxunduğunu bildirmişdi. Lakin 2007-ci ilin martında keçirilmiş məhkəmə iclasında qəzetin baş redaktoru Filipp Valı rəhbərlik etdiyi nəşrin heç bir cinayətə yol vermədiyi bildirilmiş və məhkəmə ona bəraət vermişdi.
Davamı...
Baxış sayı: 214
Açar sözlər: karikatura fransa müsəlman zimmi
Yazılar cəmi: 5