Reklam verin!
Yuma Ailə Jurnalı

Araq içməyin aqibəti

sherab1 Ən mötəbər hədis alimi, məşhur Buxari (Allah ondan razı olsun) “İçkilər” kitabında “Xəmr ağılı yox edən içkidir” babında rəvayət edir ki: Bizə Yəhya bin Səid Əbu Həyyan ət-Teymidən, o da Amir əş-Şabidən nəql etdi ki, İbn Ömər (r.a) belə demişdir: Ömər (Allah ondan razı olsun) Peyğəmbərin minbərində xütbə verib belə dedi: “Şübhəsiz ki, xəmrin (arağın) haram edilməsi Qurani Kərimin əl-Maidə surəsinin 93-cü ayəsində nazil olmuşdur (- İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!). Bu gün xəmr (araq) bu beş şeydən düzəldilir. Üzümdən, xurmadan, buğdadan, arpadan və baldan. Xəmr isə ağılı örtən hər cür içkiyə deyilir. Üç şey var ki, Peyğəmbərin (s.ə.s) bizə tam açıq məlumat verənə qədər bizdən ayrılmamasını təmənne etdim. Baba, dedi-qodu və birdə faizin bəzi hissələri”.

Davamı...

Baxış sayı: 203
Açar sözlər: hədis şərab araq pivə konyak 
Bookmark and Share


  Yazılar cəmi: 1  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 103186
Dünənki hit: 2389
Bugünki hit: 1949
Ümumi hit: 680035






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar