1,2 milyard insanın and yeri olan «Qurani-Kərim» faşist təlimi ilə müqayisə edilib
«Bu günlərdə bədnam hollandiyalı sağ radikal Heyert Vilders növbəti dəfə ifrat islamofob ifadələrə yol verib». Bu barədə Dini Etiqad Və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir.
Davamı...
Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur'anın adları;
Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək:
Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur'anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.
Davamı...
Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib
Estoniyada “Quran”ın ilk nəşri bir günə satılıb. Min nüsxədən ibarət “Quran” kitabının ilk tirajı Tallindəki kitab mağazalarında cəmi bir gün qalıb. Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib.
Davamı...