Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır"[1]. Digər bir ayədə buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)"[2].
Qurani Kərim
Sunnenin qurani achiqladiqina misallar
Allah Teala bir ayede "Namaz qilin, zekat verin" deye buyurmusdur. Ancaq namazin ne ruket saylarini, ne nece qilinacaqini, ne de vaxtlarini açiqlamadiqi kimi, ferzlerini, sunnet ve vaciblerinden ayri olaraq da zikr etmemisdir. Butun bunlari Peyqember (s.e.s)-in sunnesi bize beyan etmisdir. Eyni sekilde Quran, zekatin ne zaman vacib olacaqini da gostermemisdir. Elave olaraq zekat olaraq nelerden ve ne miqdarda verileceyini de gostermemisdir. Butun bunlari yene de sunne ayrica beyan etmisdir.
İslam aləmində yeni qalmaqal
Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film «Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir. Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını istisna etmirlər.
"Qurani-Kərim" ilk dəfə ərəb dilindən gürcü dilinə tərcümə olunub
Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə edib. Bu tərcümə üçün iki il vaxt sərf edən Lobcanidze bu vaxt ərzində geniş məlumat əldə etmək üçün İran, Misir, Türkiyə və başqa müsəlman ölkələrində araşdırmalar aparıb.
Saleh kimsələr barədə, həmçinin Qurani Kərimə aid mövzulardan sual-cavablar
Saleh adamları sevməkdə həddini aşmaq, ifrata yol vermək Allaha deyil, onlara dua və ibadət etməyin bir vasitəsidir.
Sual: Adəm övladının başına gələn ilk şirkin səbəbi nədir?
Cavab: Adəm övladının başına gələn ilk şirkin səbəbi, Allahın saleh bəndələrinin məziyyətlərinin həddən ziyadə artırılması olmuşdur. Bu xüsusda Sübhanəhu və təala Qurani-kərimdə «Nuh qövmü hekayətində belə buyurmuşdur: «Və (öz tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suva, Yəfusu, Yəuqu və Nəsri atmayın!» (Nuh, 71:23). İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, Vədd, Suva, Yəğus, Yəuq və Nəsr Nuh tayfasından olan saleh kişilərin adlarıdır. Onlar öləndə şeytan onların tayfasına gəlib dedi ki, onların (yuxarıda adı çəkilənlərin) məclisləri olan yerləri xüsusi olaraq ayırsınlar, orada bütlər qoysunlar və həmin bütlərə onların adlarını versinlər. Onlar belə də etdilər. Bu əməli saleh adamlar ölənə qədər onlara ibadət edilmədi. Lakin öləndən sonra elm unuduldu və onlara ibadət olundu. Tövhid kitabında İbn Qeyyim demişdir ki, sələflərdən çoxu demişdir ki, həmin adamlar öləndən sonra, onların qəbirləri üzərində şəkillərini çəkdilər və üstünə uzanıb sidq ürəkdən onlara ibadət etdilər. Allah sübhanəhu və təala Öz mübarək Kitabında iftiraçılığı qadağan etmişdir və «ən-Nisa» surəsində bu xüsusda belə buyurmuşdur: «Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur.
Baxış sayı: 200
Açar sözlər: hədis hadis kitab kuran sual-cevap
![]()
![]()
![]()
Qurani Kərimə aid sual cavablar
Öz mübarək kitabında «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər», «De ki: bütün şəfaət yalnız Allaha məxsusdur» sözlərini buyuran Allaha həmd və səna olsun. Allahın qulu və elçisi – böyük şəfaət sahibi Peyğəmbərimiz Məhəmmədə salavat və salam olsun!
Əziz həmvətənlərimiz! Bu risalədə, Allahın izni ilə, cahiliyyə dövrünə məxsus mövhumat və xurafatdan başqa bir şey olmayan, İslama xas edilən mövzunu az da olsa açıqlayacağıq. Bu, bütün ibadət və itaətlərdə Allahın təkliyini iqrar edən şəhadət kəlməsi «Lə iləhə illəllah»la bağlı mövzudur. Cəmiyyətimizdə hələ də baş alıb gedən, hökm sürən dini savadsızlıq, insanların ibadətin müxtəlif növlərində Allahdan qeyrisinə tapınmasına səbəb olmuşdur ki, bu qeyrilər- şəfaətçilər, vasitəçilər və s adlanırlar. Bunu nəzərə alaraq islamda şəfaət mövzusunu açıqlayırıq
Qurani Kərim
Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur'anın adları;
Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək:
Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur'anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.
QURANİ-KƏRİMİN TARİXİ
Əziz oxucular, möhtərəm müsəlman bacı və qardaşlarımız!
Məlum olduğu kimi Məhəmməd Peyğəmbər (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) cəmi altımış üç il yaşamışdır. O, qırx yaşında ikən, ona ilk vəyh gəlmişdir. Bundan sonra on üç il Məkkədə tövhid dini olan islamı təbliğ etmiş, sonra da Mədinəyə hicrət etməyə (köçməyə) məcbur olub.
On il də orada yaşamışdır. Məhəmməd Peyğəmbərə (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) Qurani-Kərim Məkkədə Hira dağında nazil olmağa başlamışdır. Qurani-Kərim rəhmət, bərəkət və şəfqət dolu mübarək bir ayda, şərəfli və kəramətli bir ölkədə nazil olub. Dövrün və ölkənin tanınmış və hörmətli adamları onun ətrafına toplaşdılar. Səhih olan rəvayətlərin birində Peyğəmbərimiz (Ona və ailəsinin üzərinə Allahın salamı və xeyir-duası olsun) belə demişdir: “Hər bir Peyğəmbər insanları imana dəvət etmək üçün vəhyi vasitəyə malikdir. Mən də o vəhy verilənlərdən biri oldum, Allah (Subhənəhu və Təalə) mənə də vəyh verir.
Tağı Əhmədov metroda Quranın satışına qadağa qoyulduğunu etiraf edib
Metroda hər növ dini ədəbiyyatların və dini təqvim və şəkillərin satışına qadağa qoyulması doğrudur. Bunu jurnalistlərə verdiyi müsahibəsində Bakı Metropolitenin rəisi Tağı Əhmədov etiraf edib. O qeyd edib ki, bundan sonra metroda dini ədəbiyyatların satışına icazə verilməyəcək.






