Roma katolik kilsəsinin hesablamalarına görə, dünya əhalisinin 19 faizi İslama, 17,4 faizi isə katolikliyə etiqad edir
Vatikanın hesablamalarına görə, 2006-cı ildə dünya əhalisi arasında müsəlmanların sayı katoliklərin sayını ötüb. Məlumatı France Presse agentliyi yayıb. Roma katolik kilsəsi tərəfindən hazırlanan illik hesabatda deyilir ki, dünya əhalisinin 19 faizi İslama, 17,4 faizi isə katolikliyə etiqad edir. Bu, müsəlman ailələrində adətən uşaqların sayının çox olması ilə əsaslanır.
Davamı...
Paris məhkəməsinin 10 ay əvvəl bəraət verdiyi Filipp Val bu gün yenə məhkəmə qarşısında dayanacaq
Paris məhkəməsi Məhəmməd peyğəmbərin karikaturasının dərci ilə bağlı işə bu gün yenidən baxacaq. 2006-cı ildə Fransada nəşr olunan həftəllik «Şarli-Ebdo» qəzeti Danimarkanın «Yulands Posten» qəzetindən götürdüyü karikaturaları özünün əlaqələri ilə dərc etmişdi. İslam təşkilatları isə karikaturaların müsəlmanların heysiyyatına toxunduğunu bildirmişdi. Lakin 2007-ci ilin martında keçirilmiş məhkəmə iclasında qəzetin baş redaktoru Filipp Valı rəhbərlik etdiyi nəşrin heç bir cinayətə yol vermədiyi bildirilmiş və məhkəmə ona bəraət vermişdi.
Davamı...
Müğənninin ərəb əsilli paparatsi sevgilisinin istəyi ilə dinini dəyişəcəyi bildirilir
Amerikalı Pop müğənni Britni Spirs müsəlman olmağa qərar verib. Müğənninin yarıçılpaq şəkillərini çəkmək üçün çalışan ərəb əsilli paparatsi Adnan onu müsəlman etməyə çalışır.
Davamı...
2-ci qrup bu gün axşam vətənə dönəcək
Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanını tərk edib, 2-ci qrup isə bu gün axşam vətənə dönəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev ANS TV-yə bildirib ki, zəvvarlar bir gecə Suriyada qalandan sonra yollarına davam edəcəklər. Həccə təyyarə ilə gedənlər isə gələn həftədən vətənə qayıtamağa başlayacaqlar.
Davamı...
Tibb müəssisəsinin qadın işçiləri başlarına yaylıq və ya hicab taxacaqlar
Sabah Moskvada ilk müsəlman poliklinikasının açılışı olacaq. Poliklinikada bütün şəriət qaydalarına riayət ediləcək. Belə ki, burada qadın və kişi şöbələri ayrı olacaq. Tibb müəssisəsinin bütün qadın işçiləri başlarına yaylıq və ya hicab taxacaqlar. Bütün işçilərin xalatlarının qolları uzun olacaq.
Davamı...
Bu yolla zəvvarların əsas problemi həll olunacaq
Səudiyyə Ərəbistanı Həcc zamanı müsəlmanları “blutus” vasitəsilə idarə edəcək. Kral hakimiyyəti bu yolla zəvvarların əsas problemini həll etməyi planlaşdırır. “İTAR-TASS”ın verdiyi xəbərə görə, əsasən yaşlı zəvvarların iştirak etdiyi ziyarət fövqəladə hadisələrlə müşayiət olunur.
Davamı...
Avtomobilin salonunda əsas yerdə “Qurani-Kərim” qoyulacaq
Malaziyanın “Proton” konserni İran və Türkiyədəki istehsalçılarla birgə xüsusi olaraq müsəlmanlar üçün avtomobil buraxmağı planlaşdırır. Avtomobilin salonunda əsas yerdə “Qurani-Kərim” qoyulacaq, həmçinin Məkkənin yerini göstərən kompası olacaq.
Davamı...