Qamət Süleymanov: "Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik"
Bakıda partladılan Əbu Bəkr məscidi cümə günü fəaliyyətini bərpa edə bilər.
«Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik və əgər istintaqın gedişinə mane törətməyəcəksə, bu həftə məscidin fəaliyyətini bərpa edəcəyik», deyə bu gün Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.
Davamı...
Baş verən partlayış nəticəsində 2 nəfər həlak olub
Dünən saat axşam saat 21.00 radələrində Bakının Nərimanov rayonu ərazisində Əbu-Bəkr məscidində partlayış törədilib. Şahidlərin sözlərinə görə, namaz vaxtı naməlum şəxs məscidin yan tərəfinə keçərək hündür pilləkən vasitəsi ilə yuxarı qalxıb. Daha sonra şüşələri sındıraraq əlindəki qumbaranı içəri atıb və qaçıb.
Baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralı halda Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Dəstəsi və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Davamı...
Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib
Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib. ANS PRESS-in CNNtürk-ə istinadən verdiyi xəbərə görə, əyalət bələdiyyəsinin sədri və Avstriyanın Gələcəyi İttifaqı Hərəkatının liderlərindən biri olan Jörg Haider bildirib ki, məscid və minarələrin inşası əyalətin tarixi və təbii memarlıq üslubunu pozduğuna görə qadağan edilib. Haiderin əyalət məclisinə təqdim etdiyi qanun layihəsinə məclis üzvü xristian demokrat yönümlü Xalq Partiyası müsbət yanaşıb, Sosial Demokrat Partiyası isə qanun layihəsinin əleyhinə səs verib.
Davamı...
Memarların fikrincə, bina XVIII əsrə aiddir və inşa edildiyi vaxtdan Cümə Məscidi kimi tanınır
Naxçıvanda XVII əsrə əsrə aid memarlıq abidəsi olan məscidin bərpasına başlanılıb. Bəzi mənbələrə görə, bu memarlıq nümunəsi XVIII-XIX əsrlərdə yaşamış Hüseyn Təbrizinin əsəridir. Hazırda tikilidə təmir işləri aparan bərpaçı-memarların fikrincə isə, bina XVIII əsrə aiddir və inşa edildiyi vaxtdan Cümə Məscidi kimi tanınır.
SSRİ dövründə məscid binası baxımsızlıq ucbatından qəza vəziyyətinə düşmüşdü.
Davamı...
Salam aleykum, müsəlman bacı və qardaşlarımız! Əziz səhifəmizin ziyarətçiləri! Bu gün yenə iş-gücü olmayanlar, dolanışıq pulu axtaranlar, savadsız jurnalistlər və. s kütləvi informasiya vasitələri islamdan, ölkə müsəlmanlarından, qruplardan xəbərsiz, bilmədən, cahilcə, yaxud da kiminsə sifarişi ilə hansısa bir məscidə, xüsusilə qeyd etmək istərdik ki, məscidlərin ən gözəli və ən təmizi olan "Cümə məscidi", məşhur adı ilə "Əbubəkr" kimi tanınan məscidə iftira atmaq, guya qara yaxmaq istəyirlər. Allah xatirinə bu sözüm heç kimə ağır getməsin, nə olar bu insanlar, bu yazıları yazanlar özləri həmin məscidlərə gəlsinlər, gündəlik olaraq orada ziyarətdə olsunlar, özləri görsünlər ki, təkfirçilərin və ya xəvariclərin əməllərini hansısa bir məscidlə, xüsusilə Əbubəkr məscidi ilə hallandırmaq düzgün mövqe deyil. Əbubəkr məscidi və oranın camaatı daima belə təkfirçilərlə və islama qara yaxmaq istəyən banditlərlə daima mübarizə aparmışdır. Ora gələn müsəlmanlar heç vaxt dövlətin əleyhinə çıxmamışlar. Əksinə dövlətin əleyhinə çıxanlarla əlaqəni kəsmişlər. Son Cümə namazında məscidin şeyxi Qamət Süleymanovun xütbəsini sizə təqdim edirik. Onu kompyuterinizə yükləyin və dinləyin. Allah təala faydalı etsin. Amin!
Yükləyin...
Forumda müzakirə edin...
Normal keçid...
Davamı...