Məscidin imamı Qamət Süleymanov isə ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb
Musa Nağıyev adına xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində xəsarət alaraq bu xəstəxanada ölənlərdən birinin kimliyi bəlli olub. Bu , 1955-ci il təvəllüdlü Vaqif Abbasov və hələlik kimliyi dəqiqləşdirilməyən 20-22 yaşlarında gəncdir. Yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.
Davamı...
Əbu Bəkr məscidinin imamı ilə ümumi vəziyyət barədə söhbət
- Hazırda, əsasən bidət əhli, xüsusən də təkfirçilər və cihad camaatı hansı mövqedədir?
- Əlhəmdulillahu, vahdəhu, vas-salatu vassəlamu alə mənlə nəbiyyə badəhu, amma bəəd... Ümumi vəziyyət göstərir ki, təkfirçilər bir az geridə qalıblar, cihadçılar isə irəli keçiblər.
- Bunun səbəbi nədir?
- Burda bir neçə səbəb var. Birincisi, təkfirçilərin özləri gördülər ki, hamıya kafir deməklə sonda özləri kafir olurlar. Həmçinin, bəzi müasir alimlərdən hansısa yer üçün cihad demələridir.
Davamı...

Azərbaycan Daxili İşlər nazirinin müavini general-leytenant Vilayət Eyvazov “Əbu-Bəkr" məscidinin fəaliyyətinin kifayət qədər şəffaf olmadığını bildirsə də, heç bir tutarlı fakt gətirməyib.
Davamı...