1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsindən 18 il keçir
Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 18-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb.
Davamı...
Bu il aksiya yanvarın 19-na təsadüf edir
Bu gün Hicri təqvimlə Məhərrəmlik ayının 2-ci günüdür. Müsəlman aləmində bu ay ağır aylardan sayılır və 40 gün ərzində şadlıq mərasimləri keçirilmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.
Hər il olduğu kimi bu ildə Aşura günündə talassemiyalı şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu il aksiya yanvarın 19-na təsadüf edir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il İmam Hüseyn şəninə qana ehtiyacı olanlara qan verilir. Dindarlar zəncir vurmağı, baş yarmağı şəriətə zidd hal kimi qiymətləndirir. Bunun əvəzində isə Aşura günü Azərbaycan dindarları bu xeyirxah aksiyaya qoşulmağa çağırırlar.
Davamı...