Bakıdan müqəddəs torpaqlara avtobusla ziyarətə gedən azərbaycanlı zəvvarlar artıq Mədinədə mehmanxanalara yerləşdirilib. Həcc ziyarətinə avtobusla yola düşən azərbaycanlı zəvvarların Mədinədəki problemləri həll olunub. Xatırladaq ki, həmyerlilərimiz həcc ziyarətinə gedərkən sərhəddəki yoxlamardan başlayaraq, Mədinəyə qədər bir sıra probelmlərlə rastlaşıblar. Onlar Mədinəyə çatarkən təxminən 15 -16 saat ərzində terminalda saxlanılıblar.








