Azərbaycan Respublikasının konstitusiyasının 48-ci maddəsində bildirilir ki, I.Hər kəsin vicdan azadlığı vardır, II.Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə e`tiqad etmək, yaxud heç bir dinə e`tiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, III.Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.Azərbaycan tolerant ölkədir. Burada hər bir insanın bu və ya digər dinə qarşı mövqeyi normal qarşılanmalıdır. Əgər bir insan əli açıq və möhürlə namaz qılırsa kimsə ona tənə edə bilməz. Mən düşünürəm ki, heç tənə də etmirlər. Sadəcə kimsə ona nəsihət edə bilər. Amma həmin möhürlə namaz qılan şəxs hansısa müsəlmanların bir məscidinə gəlib namaz qılsa ona mane olmazlar.
Əhli Sünnət və Camaat namazı qıldığı üçün şiyə məscidindən qovuldu
İtaliyada daha bir məscid dağıdılacaq
İtaliyanın Oppeano şəhərinin meri, sağçı “Şimal Liqası” partiyasının deputatı Alessandro Montanoli sentyabrın 6-da yerli ticarət mərkəzində yerləşən məscidin bağlanması ilə bağlı sərəncam serib. Məscidi açan “El Falah” assosiasiyası isə merin qərarını məhkəməyə verib. Bu barədə news.ru məlumat yayıb. Oppeanonun meri dəfələrlə “El Falah” assosiasiyasının nümayəndələri ilə görüşüb, amma tərəflər məscidlə bağlı heç bir razılığa gələ bilməyiblər. Məsciddə 200-ə yaxın adam eyni zamanda ibadət edə bilərdi. Binanın sahibi Eliza Çikkone və İslam Assosiasiyasının prezidenti Braxin Bassur merin qərarı ilə yenidən kommersiya xidməti üçün lazım olan binadan aralanmalıdırlar. Ötən bazar günündən şəhər müsəlmanları Ramazan ayında birgə ibadət etmək üçün məscidsiz qalıblar.
Bakıdakı Əbu-Bəkr məscidində partlayış törətmiş silahlı qruplaşmanın lideri öldürülüb
Dağıstanda yerli silahlı qruplaşmanın lideri, silahlılar arasında «respublikanın əmiri» adı ilə tanınan İlqar Mollaçıyev öldürülüb. Bu barədə məlumatı Dağıstanın Daxili İşlər nazirliyi yayıb. Xəbər verilir ki, həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri zamanı İ.Mollaçıyevlə yanaşı daha iki şəxs zərərsi zləşdirilib. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, silahlılar olduğu maşın mühasirəyə alınıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib. Qruplaşmanın bir üzvü yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub və hazırda ətrafdakı meşə zolağında onun axtarışı həyata keçirilir.
Rəsmilər dindarların saqqallarının qırxılmasını təkzib edir
«Əbu Bəkr» dindarlarının saqqallarının qırxılması barədə məlumatlar həqiqətə uyğun deyil». Həm Daxili İşlər Nazirliyi, həm də Respublika Prokurorluğu «Əbu Bəkr» dindarlarına təzyiqlərlə bağlı yayılmış xəbərləri təkzib edərkən belə deyiblər.
«Əbu Bəkr» məscidinin dindarları Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət ediblər ki, polislərin onlara qarşı kobud davranmalarının qarşısı alınsın. Dindarlar konkret polis bölmələrinin adlarını açıqlayıblar, deyiblər ki, həmin polis bölmələrində onların saqqalları qırxılıb.
Kanadada ölkədəki ən böyük məscid kompleksinin açılışı olub
Kanadanın ən böyük məscidi Albert əyalətində Kalqari ərazisində tikilib. “Beytul Nur” məscid kompleksinin ümumi meydançası 4300 kvadrat metrdir. Tikinti 15 mln dollara başa gəlib. Bu məbləğin 8 mln dolları Kanadada yaradılan Əhmədiyyə müsəlan cəmiyyətinin üzvləri tərəfindən könüllü sürətdə toplanıb.
Qubanın Rustov kəndində yeni bərpa edilmiş məscid binasının açılışı olub
Bu gün Qubanın Rustov kəndində 1903-cü ildə tikilmiş məscid binasının təmirdən sonra açılış mərasimi keçirilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, açılışda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, rayon icra hakimiyyəti başçısı, jurnalistlər və başqaları iştirak edib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 6300 abidə mövcuddur.
Baxış sayı: 161
Açar sözlər: ebilfez-qarayev nazir mescid
![]()
![]()
![]()
Rusiyanın İvanovo vilayətində məscid yandırılıb
Rusiyanın İvanovo vilayətinin Şuya şəhərində məscid yandırılıb. Vilayətin müsəlman icmasının rəhbəri Fərid Lyapinin sözlərinə görə, insident fevralın 8-də, cümə gününə keçən gecə baş verib. Yerli sakinlər gecə yarısı məscidin ətrafında cavan adamlar görüblər.
Baxış sayı: 170
Açar sözlər: rossiya rusiya mescid takva forum
![]()
![]()
![]()
Imamın dediyi qadınların məscidə hücum etməsinə səbəb olub

Türkiyənin Bəylikdüzü məntəqəsinin Fatih Sultan məscidinin imamı Hasan Hakyeməzin cümə namazından sonrakı çıxışı qarışıqlığa səbəb olub.






