MAHNI – Bir şer və nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan ola bilər. (Lisanul Arab 15/136, Fəthul Bəri 10/55). İbnul Əsir – rahmətullahi aleyhi – deyir ki: "Səsini yüksəldən və onun davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər". ( ən-Nihayə 3/390)
MUSİQİ – Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet və s. kimi çalğı alətlərlilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.
MUSİQİNİN DİNDƏKİ İSİMLƏRİ – əl-Ləhv (əyləncə, vaxtı boşa keçrimək), əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl-çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Sautuş şeytan (şeytanın səsi), Məzmuruş şeytan (şeytanın qavalı), Quranuş şeytan (şeytanın Quranı), Muəzzinuş şeytan (şeytanın müəzzini), Munbitin Nifaq (nifaq çıxaran, yetişdirən), Sautul Ahmaq (axmaq səs), Sautul Facir (yalançı, rəzil səs). (İbn Qeyyum "İğasətul lehfan" 1/237)
Bu gün musiqiyə maraq çoxdur
Baxış sayı: 196
Açar sözlər: musiqi mahni oxumaq müğənni haram
![]()
![]()
![]()
Müğənilərə verdiyimiz dəyərdən elm əhlinə də verək
Bu gün saat 10:00 – da Azərbaycan radiosunda təxminən belə bir mövzu açmışdılar ki, bu gün bizim gənclərimizdə milli mahnılara, musiqilərə maraq çox azdır. Əsasən gənclərimiz xarici mahnılara üstünlük verirlər. Bir neçə milli mahnılarımızın həvəskarı olan gəncləri də verlişə dəvət etmişdilər. Maraqlı burasıdır ki, diqqətlə nəzər saldıqda görürük ki, bu gün ictimaiyyətdə musiqiyə, mahnıya çox yüksək qiymət verilir. Başqa gənclərdən fərqli olaraq mən düşünürəm ki, bizim bu cür milli mahnılara, müğənnilərə verilən qiymətin ən çoxu elmimizə, alimlərimizə verilməlidir. Nəyə görə televizor kanallarında, radio dalğalarında yalnız müğənnilərə, musiqiçilərə, təlxəklərə söz verilir, onlar cəmiyyətin aparıcı qüvvəsi kimi təqdim olunur?
Baxış sayı: 219
Açar sözlər: müğənni təlxək artist mahnı musiqi
![]()
![]()
![]()






