Cümə namazının fəziləti
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz,beşinci saatında gedən isə bir yumurta qurban vermiş (sədəqə vermiş) kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. (Buxari 881, Müslim 1961)Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardançəkinərsə kiçik günahları bağışlanar”. (Müslim 233)
Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!
Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.
Davamı...


