Reklam verin!

Ramazanın birinci gününün bəhanəsi

Bismillah. Allaha həmd olsun ki, biz artıq bu gündən oruc tutmağa başladıq. Həqiqətən də biz heç birimiz bu günləri yaşadığımıza görə Allaha layiqincə şükr edə bilmirik. Çünki bizimlə bərabər indiyə qədər bu ayı gözləyən qardaşlarımız var idi. Amma bu qardaşlarımızdan bir neçəsi bu günə qovuşa bilmədi. Biz heç birimiz həyatımız üçün zəmanət verə bilmərik ki, sabah və ya bu ayın sonu yaşayacağıq ya yox. Mən islama yeni gələndə belə şeylərə əhəmiyyətsiz kimi baxırdım. Mənə elə gəlirdi ki, belə şeyləri düşünmək doğru deyil. Amma bilirəm ki, bu sətirləri oxuyan hər bir kəs də və ya bəzi kəslər də düşünə bilər ki, belə şeylər danışmaq və yazmaq doğru deyil. Amma mən bunu təcrübəsi olan bir insan kimi yazıram ki, mütləq belə şeyləri düşünüb ibrət almaq lazımdır.

Davamı...

Baxış sayı: 220
Açar sözlər: ilahiyyatçı əkrəm həsənov bəhanə oruc 
Bookmark and Share

Ramazan ayında söyüş söyənin orucunun hökmü nədir?

Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: "Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur» (Buxari "Səhih» əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan rəvayət etmişdir)

Davamı...

Baxış sayı: 58
Açar sözlər: fetvalar oruc ramazan iftar imsak 
Bookmark and Share

Ramazana necə hazırlaşım?

Bəzi şeylər vardır ki, oruc tutanın orcunu batil etməsə belə oruc tutanın onları etməsi qadağandır.

Bunlar “mufattirat mə`nəviyyə (mənəvi pozuntular)” adlanır. Bunlara aiddir: Qeybət- qardaşını onun xoşlanmadığı bir tərzdə xatırlatmaq; nəmimə-insanlar arasında dedi-qodu yaymaq. Həmçinin buraya təhqir etmək, insanları aşağılamaq və söymək və digər qadağan olunmuş sözlər daxildir. Bütün bu məsələlər müsəlmana qadağandır, fərqi yoxdur istər oruc tutsun və yaxud oruc tutmasın. Bununla belə, oruc tutan adama gəldikdə bu daha şiddətlidir.


Davamı...

Baxış sayı: 56
Açar sözlər: ramazan hazırlıq oruc iftar numune 
Bookmark and Share

Nafilə oruclar və etiqaf

oructutcenneteget

  • Nafilə oruclar:
  • Oruc tutmaq qadağan olunan günlər:
  • Etikaf

    Nafilə oruclar:
    Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu günləri oruc tutmağa rəğbətləndirmişdir.
    1.            Şəvval ayının ilk altı gününü oruc tutmaq:
    Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar»[1].
    2.3.          Aşura və aşuradan bir gün öncə, həmçinin həccdə olmayanların Ərəfa günü oruc tutması müstəhəbdir:
    Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ərəfa gününün orucu haqqında soruşuldu və cavabında dedi: «Ərəfa gününün orucu, ötən ilin və ilin qalan günahlarını bağışlayır». Sonra Aşura gününün orucu haqqında soruşuldu və cavabı belə oldu: «Aşura günü oruc tutmaq ötən ilin günahlarını bağışlayır»[2].
    Ummul Fədl bint əl-Haris deyir ki, «bir qrup insan Ərəfa günü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oruc olub-olmaması haqqında ixtilaf etdilər. Bəziləri onun oruc tutduğunu deyir, digərləri isə onun oruc tutmadığını deyirdilər. Mən bu vəziyyəti görüb ona bir qab süd göndərdim. O Ərəfada dəvəsinin üzərində dayanmış halda südü içdi»[3].
    Əbu Ğətəfan ibn Tarif əl-Mirri deyir ki, mən İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini eşitdim: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aşura günü oruc tutub, bunu camaata əmr etdiyi zaman insanlar dedilər: Ey Allahın elçisi, bu gün yahudi və xaçpərəstlərin təzim etdikləri bir gündür! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İnşallah gələn il doqquzuncu günü də oruc tutarıq». İbn Abbas (Allah ondan razı olsun) deyir ki, gələn il Aşura günü olmamış Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdi[4].
  • Davamı...

    Baxış sayı: 141
    Açar sözlər: nafile oruc etikaf fərz sünnət 
    Bookmark and Share

    Orucun şərtləri və əsası

    orucun esaslariHamilə və südverən qadının orucu:
    Miskinlərə verilən yeməyin miqdarı:
    Orucun ərkanları:
    Orucu pozan amillər:
    Oruc tutmağın ədəb-ərkanları:
    Oructutan hansı əməlləri edə bilər?

    Hamilə və südverən qadının orucu:
    Hamilə və südverən qadının oruc tutmağa taqəti olmasa, yaxud övladına zərər toxunacağından qorxsa o zaman iftar edə bilər. O tutmadığı orucu qəza etmir. Əvəzində fidyə verir.
    İbn Abbas demişdir: «İlk vaxtlarda, oruc tutmaq iqtidarında olan qoca kişi və qadınlara iftar etmək ixtiyarı verilmişdi. Onlar istəsələr iftar edər və hər günün əvəzində bir miskin yedizdirərdilər. Amma oruclarının qəzasını etməzdilər. Sonra deyilən hökm, bu ayə ilə nəsx (ləğv) olundu: “Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...”[1]. Bu ayə nazil olandan sonra taqəti olmayan qoca kişi və qadın, təhlükə hiss edən hamilə və südverənlər (dayələr) iftar edib hər günün əvəzində bir miskin yedizdirməli oldular»[2].
    Həmçinin İbn Abbas demişdir: «Ramazan ayında hamilə öz canına, südverən (dayə) övladına görə ehtiyatlanarsa iftar edir (orucunu açır) və hər günün əvəzində bir miskin yedizdirir, orucu qəza etmirlər»[3].
    Nafi demişdir: «İbn Ömərin qızı qureyşlilərdən bir nəfərdə ərdəydi. O, hamilə idi. Ramazan ayının bir günü qadın susuzluqdan əziyyət çəkdi. İbn Ömər ona, iftar edib hər günün əvəzində bir miskin yedizdirməyi əmr etdi»[4].

    Davamı...

    Baxış sayı: 240
    Açar sözlər: hamilə qadın oruc ədəb ərkan 
    Bookmark and Share

    Orucun hökmü və fəziləti

    orucun hokmu

  • Orucun hökmü:
  • Ramazan orucunun fəziləti:
  • Oruc tutmaq kimlərə vacibdir?
  • Xəstə və müsafir üçün oruc tutmaq yaxşıdır, yoxsa iftar etmək?

    Orucun hökmü:
    Ramazan orucu İslamın əsaslarından, fərz əməllərindən biridir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz»[1].
    İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İslam, beş əsas üzərində qurulmuşdur. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına (Lə iləhə illəllah), Məhəmmədin Allahın elçisi (Muhəmmədən rəsuləllah) olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Beytül-Həramı həcc etmək və Ramazan orucunu tutmaq»[2].
    İslam ümməti, Ramazan orucunun vacibliyini, onun İslamın beş əsasından biri olduğunu, dinin zəruri əməllərindən sayıldığını və onun vacibliyini inkar edənin İslamdan çıxaraq mürtəd olduğunu yekdilliklə vurğulamışlar[3].
  • Davamı...

    Baxış sayı: 128
    Açar sözlər: oruc hökm fəzilət savab duel 
    Bookmark and Share

    Ramazan bayramınız mübarək!

    Salam aleykum. Bütün müsəlman bacı və qardaşlarımızın Ramazan bayramını təbrik edirəm. Bu gün ən böyük, ən dəyərli, ən əsas bayramlardan biridir. Bu gün Allahın, Mələklərin, bütün müsəlman və möminlərin, islam aləminin bayramıdır. Bu gün halal nemətlərdən yeyib-içmək günüdür. Hamımızın bayramımız mübarək olsun. Amin!

    Baxış sayı: 201
    Açar sözlər: ramazan, bayram, ramazan bayramı, oruc bayrami, bayram təbriki, tebrik 
    Bookmark and Share

    İmam Malikin Muvatta əsərində olan Oruc bəhsi

     image001

    Abdullah b. Ömer'den: Resûlullah (s.a.vj, sözü Ramazana getirerek: «Hilâli görmeden oruca başlamayın, yine hilâli görmeden bayram yapmayın. Şayet hava bulutlu olursa ayı otuz güne tamamlayın.» buyurdu.

    Davamı...

    Baxış sayı: 436
    Açar sözlər: imam malik muvatta oruc bəhs 
    Bookmark and Share


      Yazılar cəmi: 8  

    Blog Haqqında


    Islam haqq dini

    Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

    Axtarış

    Sorğu

    Saytımın yeni görünüşü xoşunuza gəldimi?



    Açar sözlər

    islam  əbubəkr  islam,  quran  din 

    Sayqaç

    İndi blogda: 34
    Keçən ayın hiti: 70300
    Dünənki hit: 3041
    Bugünki hit: 231
    Ümumi hit: 500666






    Top on A-Z.az


    Free hit counters









    En kaliteli siteler Alersa.Net
    Bedava Site Ekle
    banner Bloguma kimlər girib?


    AddThis Feed Button
    Add to Technorati Favorites
    Pulsuz KOnsultasiyalar