Qamət Süleymanov: "Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır"
QayNar: Xəbər verdiyimiz kimi, "Əbu Bəkr" məscidində ibadət edənlər bir neçə gündür ki, polis bölmələrinə çağrılaraq zorla saqqallarının qırxıldığından, təhqir olunduqlarından şikayətlənirlər. Faktı məscidin imamı Hacı Qamət Süleymanov da bu gün verdiyi açıqlamasına təsdiqləyib: "Bəli, dini icma üzvlərinin saqqallarının qırxılması halları olub. Dünən iyirmidən çox icma üzvünün saqqalları qırxılıb. Bir nəfərin isə hətta başını da qırxıblar. Bir çox polis bölmələrində dindirmə normal keçir. Ancaq Səbail rayon Polis idarəsinin 8-ci və 9-cu polis bölmələrində dindarlar təhqir olunub, saqqalları qırxılıb. Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır. Bu, yaxşı hal deyil."



